Mədəniyyət - Xtv.az

“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib
Noyabrın 13-də “Xüdafərim” şadlıq sarayında tanınmış şair və publisist Tapdıq Əlibəylinin 65 illik yubileyi münasibətilə qələmə alınmış “Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının möhtəşəm təqdimat mərasimi keçirilib.

Ədəbiyyat, elm, mədəniyyət və ictimaiyyət nümayəndələrinin, tanınmış ziyalıların, qələm adamlarının iştirak etdiyi tədbir yubilyarın yaradıcılığına, ədəbi şəxsiyyətinə və çoxillik söz fəaliyyətinə verilən dəyərin ifadəsinə çevrilib.

Tədbirin aparıcısı Milli Olimpiya Komitəsinin mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Murad Fərzəliyev (Murad Qoçuoğlu) olub. O, mərasimi giriş sözü ilə açaraq kitabın ərsəyə gəlməsinin əhəmiyyətindən, Tapdıq Əlibəylinin ədəbi mühitdəki mövqeyindən və yaradıcılıq yolunun özünəməxsus cəhətlərindən bəhs edib.

Təqdimat mərasimində Türk Ağsaqqalları İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar dövlət və elm xadimi Südeif İmamverdiyev, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı-publisist, kitabın redaktoru Səyadulla Kərimi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezidentin fərdi təqaüdçüsü, kitabın tərtibçi-müəllifi Dilqəm Quliyev, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Çingiz Ərəbli, tibbi biologiya üzrə elmlər doktoru, professor Yaşar İbadov, iqtisadçı alim, professor Mənsur Bərxudarov, şair və dramaturq Hacı Zaməddin Ziyadoğlu, nəğməkar şair Sabir Abdin, hüquq elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Raqif Nazimoğlu, şair-publisist Ədalət Nəbi Qarabulud, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov, yazıçı, aktyor və kinorejissor Yusif Əlizadə, “Azad Azərbaycan” qəzetinin redaktoru, “Gunaz.az” saytının rəhbəri Bilman İsaq, şair-publisistlər Fərman Borçalı, Xəlil Mirzə, Şükür Müseyiboğlu Şuşalı, həkim Eldar Rəhimov, Heydər Əliyev Beynəlxalq Aeroportunun mütəxəssisi Akif Abışoğlu və başqaları cıxış ediblər.

Çıxışlarda Tapdıq Əlibəylinin yaradıcılıq dünyasının müxtəlif məqamlarına toxunulub, onun poeziyasında sözə, milli-mənəvi dəyərlərə, insan amilinə, Vətənə və zamana münasibətin bədii ifadəsi diqqətə çatdırılıb. Natiqlər şairin fərdi yaradıcılıq üslubunu, ədəbi düşüncəsinin özünəməxsusluğunu, sözə məsuliyyətli yanaşmasını və Azərbaycan ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Tədbirdə kitabın ərsəyə gəlməsi, onun ideya-bədii məzmunu və müəllifin yaradıcılıq portretinin müxtəlif baxış bucaqlarından təqdim olunması da xüsusi vurğulanıb. Kitabın tərtibçi-müəllifi Dilqəm Quliyev və redaktoru Səyadulla Kərimi nəşrin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüblər.

Mərasimdə şair Ədalət Nəbi Qarabuludun Tapdıq Əlibəyliyə həsr etdiyi və təqdim olunan kitabda yer alan “Ağ yol” poemasının da müəllifin yaradıcılıq şəxsiyyətinə verilən poetik dəyərin ifadəsi kimi diqqətə çatdırılması tədbirə xüsusi rəng qatıb.

Təxminən dörd saat davam edən təqdimat mərasimi səmimi çıxışlar, xoş ovqat və ədəbi söhbətlərlə yadda qalıb.

Qeyd edək ki, bu il tanınmış şair və publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Tapdıq Əlibəylinin 65 yaşı tamam olur. “Tapdıq Əlibəyli sözün gözü ilə” kitabı isə yubilyarın yaradıcılığına müxtəlif ziyalıların, ədəbiyyat və elm nümayəndələrinin münasibətini bir araya gətirən, onun ədəbi portretini təqdim edən dəyərli nəşr kimi diqqət çəkir

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB
Müəllifi - tərtibçisi olduğum “Tapdıq Əlibəyli sözün gözü ilə” kitabı, sadəcə, bir yubiley nəşri deyil. Bu kitab, hər şeydən əvvəl, bir ziyalının, söz adamının, şairin, publisistin və jurnalistin yaradıcılıq dünyasına, mənəvi aləminə və ictimai fəaliyyətinə müxtəlif baxışların ifadəsidir.

Kitab tanınmış şair, publisist, jurnalist və ictimai xadim Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunub. Onun zəngin ədəbi irsini, şair dünyasını, publisistik yaradıcılığını, jurnalistika sahəsindəki fəaliyyətini, ictimai mövqeyini və milli-mənəvi dəyərlərə bağlılığını əhatə edən bu nəşrdə Tapdıq Əlibəylini yaxından tanıyan, yaradıcılığına bələd olan, şəxsiyyətinə hörmət bəsləyən yüzə yaxın dostunun, həmkarının və ziyalının fikir və düşüncələri bir araya gətirilib.

Bu kitabı hazırlayarkən qarşıma bir məqsəd qoymuşam: Tapdıq Əlibəylinin yaradıcılıq portretini yalnız öz əsərləri əsasında deyil, həm də onu tanıyan, onunla ünsiyyətdə olan, yaradıcılığını izləyən insanların baxışları vasitəsilə təqdim etmək.

Çünki insanın şəxsiyyəti haqqında ən dolğun təsəvvür bəzən onun öz sözlərindən deyil, başqalarının onun barəsində söylədiyi fikirlərdən yaranır. Bu baxımdan kitabın adı da təsadüfi seçilməyib: “Tapdıq Əlibəyli sözün gözü ilə”.

Nəşrdə ədəbiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrin nümayəndələrinin məqalələri, xatirələri, düşüncələri, ithaf şeirləri, eləcə də bir poema yer alıb. Hər bir müəllif Tapdıq Əlibəylinin şəxsiyyətinə və yaradıcılığına özünəməxsus baxış bucağından yanaşır. Bu fərqli yanaşmalar bütövlükdə onun çoxşaxəli yaradıcılıq və şəxsiyyət portretini formalaşdırır.

Tapdıq Əlibəylinin yaradıcılığında sözə məsuliyyət, Vətənə bağlılıq, milli kimliyə sədaqət və mənəvi dəyərlərə ehtiram xüsusi yer tutur. Onun şair dünyasında insan, zaman, Vətən, tarix, yaddaş və mənəviyyat bir-birini tamamlayan başlıca mövzulardır. Publisistik və jurnalist fəaliyyətində isə cəmiyyətin ağrı-acılarına həssas münasibət, ictimai məsuliyyət və fəal vətəndaş mövqeyi diqqəti cəlb edir.

Mənim qənaətimcə, kitabın əsas məziyyətlərindən biri də ondadır ki, burada adi yubiley təbriklərindən daha geniş məzmun daşıyan, bir ömrün yaradıcılıq salnaməsi yaradılıb. Hər məqalə, hər xatirə, hər şeir həmin salnamənin ayrı-ayrı səhifələridir.

Bu nəşr, eyni zamanda, dostluğun, ehtiramın və mənəvi bağlılığın ifadəsidir. Yüzə yaxın insanın bir kitab ətrafında birləşməsi, əslində, bir şəxsiyyətə verilən ictimai və mənəvi dəyərin göstəricisidir.

İnanıram ki, “Tapdıq Əlibəyli sözün gözü ilə” kitabı yalnız bugünkü oxucular üçün deyil, gələcək tədqiqatçılar, ədəbiyyatşünaslar və jurnalistika tarixini araşdıranlar üçün də müəyyən elmi-mənbəşünaslıq əhəmiyyəti daşıyacaqdır.

Fikirlərimi belə bir qənaətlə yekunlaşdırmaq istəyirəm: söz insanın mənəvi dünyasının güzgüsüdür. Bu kitabda biz də Tapdıq Əlibəylinin ömrünə, yaradıcılığına və şəxsiyyətinə həmin güzgüdən baxmağa çalışmışıq.

Arzum budur ki, sözə xidmət edən insanların zəhməti, yaradıcılığı və mənəvi irsi daim yaşasın, gələcək nəsillərə örnək olsun.

Mən bu kitabı bir insanın yubileyinə həsr olunmuş nəşr kimi deyil, bir ömrün mənəvi salnaməsi kimi düşünmüşəm. Burada yüzə yaxın insanın qələmindən süzülən fikirlər bir araya gələrək Tapdıq Əlibəylinin şəxsiyyətinə kollektiv bir ədəbi baxış formalaşdırır.

✍️ Dilqəm QULİYEV
pedaqogika üzrə elmlər doktoru, professor

"Firuzə İbadova 2 aydır yataqdan qalxmır"
Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb.

Bu haqda müğənni İzzət Bağırov açıqlama verib. O bildirib ki, sənətçi iki aydır yataq xəstəsidir və iki böyük əməliyyat keçirib:

“Xırda bir şey deyil, böyük əməliyyatdır. Onun yanına ikinci dəfədir gəlirəm. İstəyərdim ki, sənət dostlarımız da gəlib baş çəksinlər. O cür gözəl sənətkardır. Çox istəyərdim ki, səhhəti yaxşı olanda onunla görüşənlər indi də gəlib görüşsünlər.

İki aydır yataqdadır. İki böyük əməliyyat keçiridb. Həkim deyib ki, üçüncü dəfə də əməliyyat olunmalıdır. Bizim borcumuzdur onun yanında olaq. Həmişə mehriban olub. Bu gün yanında qızı Hülyadır. Səhərdən axşama qədər onun qayğısına qalır”./axsam.az/

Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı açıqlama: “Yekunlaşıb”
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanması işləri yekunlaşmaq üzrədir.

Bu barədə Musavat.com-a açıqlamasında mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

“Abidənin nə zaman qoyulacağını dəqiq deyə bilmərik. Çünki onun hazırlanması dövlət sifarişi ilə baş tutub. Natiq Əliyevin bütün işləri gözəldir. Aygün Bəylərin qəbirüstü abidəsini də o hazırlayıb.

Layihə adi büst və ya ənənəvi qəbir daşı çərçivəsindən kənara çıxan, 4 hissədən ibarət xüsusi kompozisiya şəklində işlənib. Bir çox standart abidələrdən öz orijinallığı ilə fərqlənir.Ümid edirik ki, bu ilin sonuna kimi abidə Rasim Balayevin məzarı üstündə ucaldılacaq”.

Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə Memorial Xəstəxanada vəfat edib. O, l Fəxri xiyabanda dəfn edilib