Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

  • 28-06-2022, 16:00
  • 280
Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür


Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramatuqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur.

Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.

Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur.

Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur.

İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi.

1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.

Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalmışdır.

1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Bakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLAR
    “Qarabağ”ın oyununa bu avtobuslarla gedə bilərsiniz (SİYAHI)
    Sabahın hava proqnozu açıqlanıb
    Yeni məktəbli formalarının qiymətləri və satış yerləri AÇIQLANDI
    İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbətləşib
    Avqust üzrə pensiyalar tam ödənildi
    BMT-dən HƏYƏCAN TƏBİLİ: 20 milyon insanı gözləyən TƏHLÜKƏ
    İntim videoları yayılan polkovnik saxlanıldı: Rütbəsi geri alındı
    İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin anım mərasiminə əklil göndərib - FOTO
    Ağır qəzadan sonra koma vəziyyətində olan qazi həyata qaytarıldı - FOTO
    Ermənilərin Laçındakı ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
    Rusiya Ermənistana nota verib
    Quru sərhədlərlə bağlı YENİ AÇIQLAMA - VİDEO
    Prezident və xanımı Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər
    Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir - VİDEO
    Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib
    FHN əməkdaşlarının intim videoları ilə bağlı araşdırmalara başlanıldı  - Baş Prokurorluq
    Nazir videosu yayılan polkovniki və qadın əməkdaşları işdən çıxardı
    FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNDU
    İşbazlara xəbərdarlıq:
    Rusiyanın 100-ə yaxın zabiti məhv edildi
    Sabahın hava proqnozu açıqlanıb
    Bank kartı olanlara XƏBƏRDARLIQ: Bu halda itirilmiş vəsaitin...
    Generaldan Qazaxın 7 kəndi ilə bağlı açıqlama
    MN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı mina sahəsi aşkarlanıb
    “Əks-hücumları və standart vəziyyətləri təhlükəlidir” - Qurban Qurbanov
    Metronun bu stansiyası gücləndirilmiş rejimdə işləyəcək
    DYP
    Quba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb
    İlham Əliyev Türkmənistanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - FOTO
    Prezident Argentinanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
    Prezidenti Almaniyanın yeni səfirini qəbul edib
    Rusiyalı jurnalistin paylaşımı
    Bu gün ali məktəblərə ixtisas seçimi başlayır  - YENİLƏNİB
    Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO
    DSX rəisinin müavini:
    Azərbaycan İslamiadadakı medalların sayını 68-ə yüksəldib
    Ermənistanda matəm elan olunacaq
    XİN:
    Erməni silahlı birləşmələri Qarabağı dərhal və birdəfəlik tərk etməlidirlər
    Bərdədə Həkimlər “Qarabağ” naminə bir araya gəldilər - FOTOLAR - ÖZƏL
    Paytaxtda kirayə ev tapılmır: Qiymətlər daha da arta bilər - VİDEO
    Əhaliyə xəbərdarlıq olundu: Qarşıdakı 10 gün ...
    Buzovnada qanunsuz tikililərin söküntü işləri davam edir - FOTO
    Balakəndə polis və Daxili Qoşunlar birgə ƏMƏLİYYAT KEÇİRDİ
    Putindən Kim Çenə gözlənilməz məktub:
    Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu verilib
    Laza sakinləri turistləri kəndə buraxmadı - SƏBƏB - VİDEO
    Kamaləddin Qafarov: “Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir”
    Vilayət Eyvazovdan TƏYİNAT
    Cəlilabadda çörəkdaşıyan maşın qəzaya düşüb: Xəsarət alanlar var
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir - FOTO
    “Surmalu” ticarət mərkəzində ölənlərin sayı 6 nəfərə çatıb
    İstefa verən Conson jurnalistikaya qayıdır?
    İlham Əliyev Bakıt Torobayevi qəbul edib
    “Qarabağ”-“Viktoriya” matçına 15 min bilet satıldı - İlk gündə
    Azərbaycanda bələdiyyə sədri qəzaya düşdü - FOTO
    Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir