Baş leytenantın şəhid olarkən son sözü: “Görürsən, başıma göydən qırmızı güllər yağır”

  • 8-10-2021, 16:00
  • 107
Baş leytenantın şəhid olarkən son sözü: “Görürsən, başıma göydən qırmızı güllər yağır”


Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri, şəhid baş leytenant İlkin Məmmədzadənin anım günüdür.
İlkin Məmmədzadə 1991-ci ilin 19 dekabrında Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıtdakı 42 saylı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. “Xəmsə” və “Breyn Rinq” yaraışmalarında iştirak edib. 2012-ci ildə ali təhsilini qırmızı diplomla başa vurub. Daha sonra magistr təhsilinə yiyələnib.

Lakin İlkin Məmmədzadənin içində olan hərb sevgisi onu orduda xidmətə vadar edib. O, həqiqi hərbi xidmətdən bir neçə il sonra, 2016-cı ilin iyun ayında leytenant rütbəsində ordu sıralarına qatılır (tağım komandiri vəzifəsində). Daha sonralar isə baş leytenant rütbəsi alıb.

İlkin Məmmədzadə 2020-ci ilin oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü dərəsi” adlanan ərazidə qəhrəmancasına şəhid olub.

O, 2020-ci ilin oktyabrın 8-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Fatma Məmmədzadə, şəhidimizin anasıdır. Oğlu şəhid olandan sonra ananın saçları ağarıb, bununla belə o, oğlu ilə fəxr edir.

Fatma xanım oxu.az-a oğlu barədə təəssüratları bölüşərkən deyib ki, İlkin Məmmədzadə ömrünün 28 ilində ancaq ona fərəh və qürur yaşadıb.

“Mən oğlum dəfn olunarkən ona təşəkkür etdim. İlkin çox vətənpərvər idi, o, məzuniyyətə gələrkən birinci olaraq Şəhidlər Xiyabananı ziyarət edirdi, sonra evə gəlirdi”, - deyə F.Məmmədzadə bildirib.

Ana oğlunun evə son gəlişini xatırlayır, deyir ki, İlkin Məmmədzadə axırıncı dəfə evə 2020-ci ilin avqustun 6-da gəlib və 8-də gedib.

“Düz iki aydan sonra oğlum şəhid oldu”, - ana əlavə edib.

Fatma Məmmədzadə oğlunun döyüş yoldaşlarından onun necə şəhid olmasını da öyrənib. Ana bildirib ki, oğlunun döyüş yoldaşlarının dediyinə görə, İlkin Məmmədzadə düşmənin ikinci eşelonuna hücum zamanı yaralanıb.

“Oğlum əsgərlərinə deyib ki, səngərə birinci özü girəcək, amma elə olub ki, düşmən oğluma atəş açıb. Oğlum yaralanıb, döyüş yoldaşı Sahil Məmmədov ona yaxınlaşıb. İlkin Sahilə deyib ki, anasına zəng etsin və şəhid olduğunu bildirsin. Cəbhə yoldaşları isə “komandir siz şəhid olmamısınız, yaralanmısınız, sizi buradan çıxaracağıq” deyiblər. Oğlumu ərazidən çıxarıblar, tibbi yardım maşınına mindiriblər, ona qan vurublar. Ancaq oğlum yol boyu “anama xəbər edin ki, mən şəhid oldum” deyib”.

İlkin Məmmədzadə yaralı olarkən nə ağlayıb, nə də qışqırıb. Heç onun səsi də çıxmayıb, hər şeyi sakitcə, soyuqqanlılıqla qarşılayıb.

“Oğlum iki güllə yarası alıbmış, güllələrdən biri ciyərlərini dağıdıb. Tibbi yardım maşınında olarkən huşunu itirməyə başlayıb. Gözünü açıb, Sahilə deyib: “Görürsən, başıma göydən qırmızı güllər yağır”.

Demək ki, oğluma cənnətin qapıları açılıb. Cənnətə gedən yol Qarabağda imiş, biz bilməmişik. Allah bütün şəhidlərimizə cənnətin qapılarını açdı”, - deyə F.Məmmədzadə söyləyib.

İlkin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edildi
    Bu gün dünya beynəlxalq münaqişələrin həllində ikili, üçlü standartların tətbiq olunduğu, güclünün haqlı, zəifin haqsız olduğu vəhşi təbiət qanunları ilə idarə olunan bir arenaya çevrilmişdir
    Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi
    Torpağa su qarışanda palçıq, qan qarışanda Vətən olur!
    Metroda sərnişinlərin COVID pasportu yoxlanılır? - RƏSMİ AÇIQLAMA
    İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - VİDEO
    Bakının mərkəzində baş verən yanğınla bağlı DYP-dən sürücülərə ÇAĞIRIŞ
    Ticarət mərkəzindəki yanğın yerindən CANLI YAYIM
    Vətən müharibəsinin 19-cu günü nələr baş verib?
    Azərbaycanda orta maaş artıb - MƏBLƏĞ
    Onlar da yenidən aparıcılıq edəcək - Fotolar
    İlham Əliyev:
    Qarabağda daha bir təxribat: silahlı ermənilər maşınla... - RƏSMİ
    Azərbaycan Müdafiə Nazirliyindən ermənilərə daha bir XƏBƏRDARLIQ
    İlham Əliyev:
    Azərbaycan Prezidenti:
    İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    30 illik Qürur!
    Bu gün xalqımız tarixi inkişaf mərhələsini yaşayır
    Oktyabrın 18-i iş günü olacaq - RƏSMİ
    DİN-dən azyaşlının narkotikdən istifadə etməsi iddialarına reaksiya
    Azərbaycan Ordusunun hərbçisi intihar etdi
    Milli Məclis Prezident və xanımını təbrik edib
    Milli Məclisin iclası başlayıb
    Bakının bu ərazisində su kəsiləcək
    18 yaşlı tələbə qız babasını öldürdü - TƏFƏRRÜAT (VİDEO)
    Azərbaycanda illik inflyasiya 5% keçdi
    Müdafiə Nazirliyindən vətəndaşlara müraciət
    İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir
    Bayden Avropa ölkələrinə səfər edəcək
    Əvəz Qocayev vətəninə, millətinə necə bağlı olduğunu II Qarabağ müharibəsindən sonra da sübut etdi
    Atatürkü o canlandıracaq
    Azərbaycanda yağların tərkibi ilə bağlı yeni sənəd layihəsi hazırlanıb
    Duman olacaq, külək əsəcək - SABAHIN HAVASI
    Prezident sərəncam verdi: 3,3 milyon manat ayrıldı
    Azərbaycanda enerji içkilərindən cəmi biri saxta deyil - RƏSMİ
    Əvəz Qocayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
    İran Azərbaycana hərbi yardım etməyib... - Polkovnik tarixdə olanları açıqladı
    Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - VİDEO
    Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
    Ölkəsi böhran yaşayan baş nazirin lüks villadakı istirahəti tənqid edildi - FOTO
    Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO
    İranlı ekspert Tehranın əsassız iddialarını 17 dəlillə çürütdü - VİDEO
    Şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxslə bağlı araşdırma başladı - FOTO
    Lirədən manat və dollar qarşısında REKORD UCUZLAŞMA
    Hadrut əməliyyatı Şuşa istiqamətində irəliləmək üçün mühüm əhəmiyyətə malik idi
    Türkiyə Mərkəzi Bankında 3 rəhbər şəxs vəzifəsindən azad edildi
    Azərbaycan Ordusu 44 gün ərzində ədalətli və ləyaqətli müharibə apardı
    19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
    Ərdoğan dörd günlük Afrikaya gedir
    Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub
    İran Qarabağda Azərbaycan sərvətini belə talayırdı - VİDEO
    Bakının bu ərazisində yaşayan sakinlər köçürülür
    Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti necədir?
    Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
    Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var
    Qəhrəmanlıq yolu
    Sabaha gözlənilən hava proqnozu açıqlanıb
    Azərbaycanda “Whatsapp” səs yazısı valideynləri vahiməyə salıb - DİN-dən AÇIQLAMA - AUDİO
    Bakıda bu yollar təmir ediləcək - Prezidentdən SƏRƏNCAM
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir