44 günlük şanlı Zəfər-Zəngəzur dəhlizinə gedən tarixi layihəni reallaşdıran amil

  • 17-04-2021, 11:51
  • 237
44 günlük şanlı Zəfər-Zəngəzur dəhlizinə gedən tarixi layihəni reallaşdıran amil




Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər ərazilərini birləşdirəcək tarixi vilayətimiz – hazırda Ermənistanın ərazisinə daxil olmuş Zəngəzurun üzərindən nəqliyyat dəhlizinin yaradılması mümkünlüyü ikinci Qarabağ müharibəsindən sonra regionun sülhlə təmin olunması məsələsində mühüm amillərdən biridir. Belə ki, ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: post münaqişə dövründə inkişaf və əməkdaşlıq” konfransında çıxış edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılması əhəmiyyəti barədə danışarkən, Ermənistan da daxil olmaqla regional ölkələrin bu faktordan tam şəkildə yararlana biləcəklərini vurğulayıb. Lakin o da məlumdur ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılması prosesini gecikdirir. Özü də yalnız müxalifət düşərgəsində deyil, həmçinin hakimiyyət dairələrində dəhlizin yaradılmasının yalnız Azərbaycana və Türkiyəyə səmərə verəcəyi barədə əsassız iddiaların səsləndirilməsi qarşı tərəfin konstruktivlikdən uzaq olmasını göstərir. Daha dəqiq desək, dəhlizin yaradılması prosesi ətrafında sırf erməni düşüncəsi belədir – ondan düşmənlər (yəni Bakı və Ankara) yararlanacaqlar.

Ölkənin daha ağır duruma doğru yuvarlanması prosesinin qarşısını ala biləcək yeganə gerçəklik - regional və iqtisadi əməkdaşlığa doğru addım atmaq, o cümlədən, Zəngəzur dəhlizinin yaradılmasında yaxından iştirak etmək. Ancaq türkofobiya xəstəliyi Ermənistanı elə bir həddə qədər gətirib-çıxarıb ki, indi də, müharibədən aldığı ölümcül zərbələrdən sonra da bu xəstəlikdən xilas olmağı bacarmır. Ermənistanın xilasının yeganə çıxış yolu qonşu Azərbaycana və Türkiyəyə ərazi iddialarından geri çəkilməsindədir. Yalnız bu olarsa, Ermənistan təcrid vəziyyətindən çıxabilər.Xüsusilə, Azərbaycan Silahlı Qüvvələrnin uğurlu hərbi əməliyyatları nəticəsində azad etdiyi əraziləri geri qaytarılmasından sonra Ermənistan tərəfinin yenidən ərazi iddialarında bulunması, ya da qisasçılıq hissini qüvvədə saxlaması məntiqsizlikdir. Azərbaycan dövlətinin rəhbəri bir daha aydınlaşdırdı ki, Zəngəzur dəhlizi ideyasını dəstəkləyir, eyni zamanda Bakı və Ankaranın maraqlarının eyni olduğunu, regional faktordakı açar rolu aldıqlarını, siyasi, hərbi və iqtisadi məsələlərdə strateji müttəfiq olduqlarını sübuta yetirdi. Bu reallıqla rməhz 44 günlük müharibənin nəticələri ilə möhkəmlənib. Konkret olaraq isə müharibədən sonra Ermənistanın nümayiş etdirdiyi kaprizləri artıq onun üçün heç nəyi həll edə bilməz. Bu baxımdan, Ermənistanın Zəngəzur dəhlizi layihəsində köhnə və xəstə təfəkküründən əl çəkməklə inkişaf, tərəqqi məqsədli addımlara doğru getməsi bu ölkənin xilası, regionda sabitliyin, sülhün bərqərar olmasına dəstəyi hesab oluna bilər.

Mütəllimova Mahirə, 213 saylı tam orta məktəbin direktoru
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Saleh Məmmədovun Şamaxıdakı işçisi “bic uşaq” qazanıb-İDDİA/VİDEO
    Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib - FOTOLAR
    Azad olunan ərazilərdə indiyədək 20 hərbi hissə istifadəyə verilib - FOTOLAR
    Zakir Həsənov azad olunan ərazilərə getdi, yeni tapşırıqlar verdi - FOTOLAR
    Bu günə qədər 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
    Putinlə Paşinyan danışdı: Kremldən ciddi tələb...
    Şuşada atasının səs yazısını eşidən Prezident kövrəldi... - VİDEO
    Rüstəm Muradovu əvəz edəcək general kimdir? - DOSYE
    Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
    Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
    Prezidentlə oteldə çalışan qız arasında maraqlı dialoq - VİDEO
    Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib
    Şuşada bayram namazı qılınır
    Azərbaycanda Ramazan bayramı qeyd olunur
    Fransanı SSRİ-nin acı taleyi gözləyir
    Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə edib
    Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir - VİDEO
    İsrailin Qəzzaya zərbələri nəticəsində 35 fələstinli ölüb
    Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
    Erməni rejissor Paşinyanı siçovula bənzətdi
    Laçına birinci girib, oğlu ilə birlikdə minaya düşən komandir - VİDEO
    Azərbaycan arıçıları turist qəbul etməyə hazırlaşır
    Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu
    Baş epidemioloq: “Gürcüstan sərhədlərinin açılması böyük riskdir”
    Sabah Bakıda 23 dərəcə isti olacaq
    Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Ağ Evdən İsrail-Fələstin qarşıdurması ilə bağlı açıqlama
    Bayramovla Lavrovun Bakı görüşü başladı - Foto + Yenilənir
    Fələstin Prezidenti göstəriş verdi
    İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da bağladı
    Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video
    Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək
    Lavrov Bakıda Ermənistanı qınadı
    “Bizdə olan bütün hərbi əsirləri vermişik” - İlham Əliyev
    Prezident Rusiyanın xarici işlər nazirini qəbul etdi - FOTO
    Mayın 14-dək olan hava proqnozu açıqlandı
    İşğaldan azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirilib - FOTO
    ABŞ-da fövqəladə vəziyyət rejimi elan edildi
    DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa buraxıldı
    Prezident Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib
    Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub
    Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi
    Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub
    İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib
    İlham Əliyev Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olub
    Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi
    İlham Əliyev hərbi aerodromun açılışında iştirak edib
    Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib
    İlham Əliyev Naxçıvana getdi
    Əfqanıstanda daha bir sərnişin avtobusu partladıldı, ölənlər var
    Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər
    Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək
    Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır
    DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım
    Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib
    Heydər Əliyevin anadan olmasından 98 il ötür
    I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
    Qulağına səs gəldiyini deyərək əlillik dərəcəsi alıb - Video
    DYP-dən yükdaşıma fəaliyyəti ilə məğul olan sahibkar və sürücülərə müraciət
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir