İqtisadiyyat - Xtv.az

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar
Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükəli olduğu müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək.

"AzPolitika" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçirilir.

Dövlət başçısı "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

Fərmana görə, yeni qanunda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum dedikdə Nazirlər Kabineti nəzərdə tutulur.

AZƏRBAYCANDA 10 İLDƏ QİYMƏTLƏR NƏ QƏDƏR ARTIB? – Ərzaq, yanacaq, pensiya və maaşların müqayisəsi + RƏQƏMLƏR
Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının qiymətləri hər ötən gün bir qədər də bahalaşır. Belə ki, son illərdə bir sıra məhsulların qiymətində ciddi artımlar müşahidə olunur. Həmçinin ölkədə ərzaq məhsulları ilə yanaşı, yanacaq, kommunal xidmətlər və ictimai nəqliyyatın tarifləri də getdikcə yüksəlir.

"AzPolitika" bu istiqamətdə 10 il əvvəlki və hazırkı qiymətlərin müqayisəsini aparıb.

Məlumat üçün bildirək ki, 2016-cı ildə mal ətinin bir kiloqramının orta qiyməti 7,69 manat olduğu halda, 2026-cı ilin sentyabrında sümüklü mal ətinin orta satış qiyməti 17,43 manata çatıb. Kərə yağının bir kiloqramının qiyməti isə 8,60 manatdan 23 manata qədər yüksəlib. Un və çörək məmulatlarının qiymətində də artım yaşanıb. Məsələn, 2016-cı ildə buğda ununun bir kiloqramı orta hesabla 80 qəpik, çörəyin bir kiloqramı isə 67 qəpik olub. 2026-cı ilin sentyabrında bu göstəricilər müvafiq olaraq 1,50 manat və 1,28 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ildə bir sıra əsas ərzaq məhsullarının orta pərakəndə satış qiymətləri belə olub:

Kərə yağı (1 kq): 8,60 manat;

Süd (1 litr): 0,85 manat;

Buğda unu (1 kq): 0,80 manat;

Çörək (1 kq): 0,67 manat;

Mal əti (1 kq): 7,69 manat;

Qoyun əti (1 kq): 9,01 manat;

Toyuq əti (1 kq): 3,45 manat;

Çay (500 qram): 7,50 manat.

2026-cı ilin sentyabr ayına olan statistik göstəricilər isə aşağıdakı kimidir:

Kərə yağı (1 kq): təxminən 23,15 manat;

Günəbaxan yağı (1 litr): 5,27 manat;

Buğda unu (1 kq): 1,50 manat;

Çörək (1 kq): 1,28 manat;

Sümüklü mal əti (1 kq): 17,43 manat;

Sümüksüz mal əti (1 kq): 21,11 manat;

Qoyun əti (1 kq): 19,48 manat.

Beləliklə, müqayisə göstərir ki, kərə yağının qiyməti təxminən 169 faiz, mal ətinin qiyməti 127 faiz, unun qiyməti 87,5 faiz, çörəyin qiyməti isə 91 faiz artıb.

Son 10 ildə ölkədə yanacağın qiymətləri də əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə Azərbaycanda Aİ-92 markalı benzinin bir litri 70 qəpik, dizel yanacağının bir litri isə 60 qəpik olub. 2026-cı ildə isə Aİ-92 markalı benzinin qiyməti 1,15 manat, dizel yanacağının qiyməti isə 1,10 manat təşkil edir.

Son 10 ildə kommunal xidmətlərin – elektrik enerjisi, təbii qaz və su təchizatının tariflərində də dəyişikliklər olub. 2016-cı ildə elektrik enerjisinin əhali üçün tarifləri istehlak həcmindən asılı olaraq fərqlənirdi. Həmin ilin iyul ayında bir kilovat-saat elektrik enerjisinin qiyməti 7 qəpiyə yüksəldilmişdi. Noyabrın sonunda qəbul edilən qərarla aylıq istehlakın 300 kilovat-saatadək olan hissəsi üçün 7 qəpik, bundan artıq hissəsi üçün isə 11 qəpik tarif müəyyənləşdirilmişdi.

2026-cı ildə isə əhali üçün elektrik enerjisinin tarifləri belədir:

Aylıq 200 kVtsaatadək istehlak üçün: 8,4 qəpik;

200–300 kVtsaat arasında: 10 qəpik;

300 kVtsaatdan çox: 15 qəpik.

Bundan əlavə, 2026-cı il yanvarın 1-dən əhali abonentləri üçün aylıq 1 manat sabit tarif də tətbiq olunur.

Təbii qaza gəlincə, 2016-cı ildə əhali üçün illik istehlakın 1700 kubmetrədək olan hissəsinə 10 qəpik, bundan artıq hissəsinə isə 20 qəpik tarif tətbiq edilirdi.

2026-cı ildə qazın tarifləri belədir:

Əhali üçün:

İllik 1200 kubmetrədək istehlak: 12,5 qəpik;

1200–2500 kubmetr arasında: 22 qəpik;

2500 kubmetrdən artıq: 30 qəpik.

Bundan başqa, 2026-cı ildən əhali abonentləri üçün aylıq 1 manat sabit tarif də müəyyən edilib. Beləliklə, qazın aşağı istehlak pilləsində qiyməti 25 faiz, ən yüksək istehlak pilləsində isə 50 faiz artıb.

Su təchizatı tarifləri də son 10 ildə əhəmiyyətli dərəcədə dəyişib. 2016-cı ilin may ayından etibarən əhali üçün suyun bir kubmetrinin qiyməti Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və Abşeron rayonunda 35 qəpik, digər bölgələrdə isə 30 qəpik müəyyən edilmişdi. Tullantı sularının axıdılması üçün əlavə 15 qəpik tarif tətbiq olunurdu.

2026-cı ildə isə su təchizatı tarifləri belədir:

Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu: 70 qəpik/kubmetr;

Digər şəhər və rayonlar: 60 qəpik/kubmetr;

Tullantı sularının axıdılması: 30 qəpik/kubmetr.

Beləliklə, Bakı və ətraf ərazilərdə su təchizatının tarifi iki dəfə, digər bölgələrdə isə 100 faiz artıb.

Son 10 ildə ictimai nəqliyyatda gedişhaqları da əhəmiyyətli dərəcədə artırılıb. 2016-cı ildə Bakı metrosunda və şəhərdaxili avtobusların əksəriyyətində bir gedişin qiyməti 20 qəpik idi.

Sonrakı illərdə tariflər mərhələli şəkildə artırılıb:

2018-ci ildə: 20 qəpikdən 30 qəpiyə;

2023-cü ildə: 30 qəpikdən 40 qəpiyə;

2024-cü ildə: 40 qəpikdən 50 qəpiyə;

2025-ci ilin oktyabrından metroda: 50 qəpikdən 60 qəpiyə.

Beləliklə, metroda gedişhaqqı 2016-cı illə müqayisədə üç dəfə artıb. Bu isə 200 faizlik bahalaşma deməkdir.

Maraqlıdır, bəs son 10 ildə qiymət artımları ilə müqayisədə əhalinin gəlirləri – əməkhaqqı və pensiyalar nə qədər yüksəlib?

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 499,8 manat təşkil edib.2026-cı ilin yanvar-sentyabr aylarında isə bu göstərici 1172,7 manata yüksəlib. Beləliklə, son 10 ildə orta aylıq nominal əməkhaqqı təxminən 134,6 faiz artıb.

Pensiyalara gəlincə, 2016-cı ilin sonunda orta aylıq əmək pensiyasının məbləği 192,2 manat olub. 2026-cı ilin martına olan məlumata görə, orta aylıq pensiya 593 manat təşkil edib. Bu isə 10 il ərzində orta aylıq pensiyanın təxminən 208,5 faiz artması deməkdir.

AZƏRBAYCANDA Aİ-95 BENZİNİ İLƏ BAĞLI NARAHATLIQ... – İstehsal niyə kəskin azalıb?
Azərbaycanda Aİ-95 markalı benzinin istehsalında qeydə alınan kəskin azalma diqqət çəkir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 4,06 min ton Aİ-95 markalı benzin istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,6 faiz azdır. Ötən ilin ilk doqquz ayında istehsal 11,8 min ton təşkil edib. Aİ-92 markalı benzinin istehsalında da cüzi azalma qeydə alınıb.

Bəs Aİ-95 istehsalının bu qədər azalması bazarda hansı dəyişikliklərlə bağlıdır?

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı “AzPolitika”ya şərhində bildirib ki, istehsalın azalması fonunda tələbat əvvəlki səviyyədə qalırsa, yaranan fərq idxal hesabına qarşılanmalıdır.

İqtisadçının sözlərinə görə, avtomobil parkının tərkibində baş verən dəyişikliklər yanacağa olan tələbatın strukturuna təsir göstərir: “Belə ki, son illərdə daha az yanacaq sərf edən avtomobillərin, o cümlədən hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı artır. Əvvəllər 100 kilometr məsafəyə 13-15 litr benzin sərf edən avtomobillərin yerini eyni məsafəyə 6-8 litr yanacaq sərf edən daha qənaətcil modellər tutur. Xüsusilə Çin və Avropa istehsalı olan yeni avtomobillər yanacaq sərfiyyatına görə daha qənaətcil hesab olunur”.

X. Kərimli qeyd edib ki, digər tərəfdən, xüsusilə Avropa istehsalı olan bir sıra avtomobillər Aİ-95 markalı benzinə üstünlük verir: “Bu baxımdan, avtomobil parkının yenilənməsi həm yanacaq sərfiyyatının ümumi həcminə, həm də müxtəlif benzin markalarına olan tələbatın strukturuna təsir edə bilər”.

İqtisadçı əlavə edib ki, yerli istehsalın azalması şəraitində bazarda tələbat qorunub saxlanılırsa, çatışmayan həcm idxal yolu ilə təmin edilməlidir. Bu isə Aİ-95 markalı benzinin idxalının artmasına səbəb ola bilər.

E. Bəyməmmədli

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?
Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəliri nəzərə ala bilməyəcəklər. Bu isə bəzi vətəndaşların əvvəlki qaydada kredit əldə etməsini çətinləşdirə bilər.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.

Yeni qərara əsasən, borcalanın gəlirləri müvafiq sənədlərlə – əməkhaqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya digər gəlir sənədləri ilə müəyyən edilə bilirsə, bank həmin şəxsə kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəlirdən istifadə edə bilməyəcək.

Eyni qayda borcalanın gəlirləri dövlət informasiya ehtiyatları və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildikdə də tətbiq olunacaq. Əvvəllər banklar bəzi hallarda müştərilərin gəlirlərini onların bank əməliyyatları, xərcləri və digər maliyyə davranışları əsasında da qiymətləndirə bilirdilər. Bu zaman rəsmi əməkhaqqından əlavə əldə edilən ehtimal olunan gəlirlər də kredit məbləğinin müəyyənləşdirilməsində rol oynaya bilirdi.

Bəs yeni qərar vətəndaşların kredit əldə etmək imkanlarına necə təsir edəcək?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında bildirib ki, yeni qərar vətəndaşların kredit əldə etmək imkanlarına mənfi təsir göstərəcək.

Ekspertin sözlərinə görə, buna misal olaraq əlavə repetitor fəaliyyəti ilə məşğul olan müəllimləri göstərmək olar: "Belə ki, orta məktəb müəllimlərinin rəsmi əməkhaqqı ilə yanaşı, repetitorluqdan əldə etdikləri əlavə gəlirlər də olur. Banklar kredit müraciətlərinə baxarkən müəllimin hansı fənni tədris etdiyini və əlavə hazırlıq fəaliyyəti ilə məşğul olub-olmadığını nəzərə alaraq onun gəlirlərini daha yüksək qiymətləndirə bilirdilər. Məsələn, ingilis dili, tarix, kimya, riyaziyyat və digər fənlər üzrə repetitorluq edən müəllimlərin əlavə qazanc əldə etmək imkanları var. Banklar da bu amili nəzərə alaraq onlara yalnız rəsmi əməkhaqqına deyil, ehtimal olunan əlavə gəlirlərinə uyğun kredit məbləği təklif edə bilirdilər".

Ə. Həsənovun fikrincə, yeni qaydadan sonra banklar bu cür yanaşmadan istifadə edə bilməyəcəklər: "Çünki müəllimin əlavə gəlirləri rəsmi sənədlərlə təsdiqlənmədiyi halda, həmin gəlirləri davranış modeli əsasında hesablayaraq daha yüksək məbləğdə kredit vermək banklar üçün problem yarada bilər. Belə hallarda banklar Mərkəzi Bankın iradları ilə qarşılaşa bilərlər".

Özünə qəbir qazdıranlar cərimələnəcək
İlahiyyatçı hesab edir ki, şəhərlərdə qanunların tətbiqi ən uyğun variantdır, kəndlərdə isə...

Azərbaycanda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə qanunla qadağa qoyulub. Nazirlər Kabinetinin 522 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir.

Deputat Razi Nurullayev deyib ki, bu qərar qəbiristanlıqlarda torpaq sahələrinin daha səmərəli və ədalətli bölüşdürülməsinə, eləcə də bu sahədə qeyri-rəsmi satışın qarşısının alınmasına yönəlib.

Onun fikrincə, bu məsələ cəmiyyətdə yalnız inzibati qaydalar çərçivəsində qiymətləndirilmir. Çünki bir çox şəxslər yaxınlarının, xüsusilə həyat yoldaşlarının yanında dəfn olunmalarını istəyirlər. Bu səbəbdən də qanunda yalnız bir istisna nəzərdə tutulub. Vəfat etmiş şəxsin həyat yoldaşı yazılı müraciət etməklə onun qəbrinin yanında yerləşən qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər. Müəyyən edilmiş tələbi pozanlar 500 manatdan 1000 manatadək cərimə edilə bilərlər.

Vətəndaşların əvvəlcədən qəbir yeri almasının səbəbi artıq boş torpaq tapmağın mümkünsüzlüyüdür. Ona görə vətəndaşlar əvvəlcədən torpaq alırlar ki, sonradan yaxınları belə bir problemlə üzləşməsinlər.

Əslində bu, yeni qəbul edilmiş qərar deyil. Qadağa 2018-ci ildən qüvvədədir. Amma indi daha da aktuallaşıb. Düzdür, bir istisna var - ər və ya arvad vəfat etmiş həyat yoldaşının yanında dəfn olunmaq üçün qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər. Yəni valideyn, övlad, qardaş və ya bacı ilə gələcəkdə yanaşı dəfn olunmaq istəyən şəxslər üçün bu istisna nəzərdə tutulmayıb.

Lakin ümumən bu qərarın verilməsi və cərimə nəzərdə tutulması nə dərəcədə düzgündür? Onu da deyək ki, Bakı əhalisinin və tikililərin artması qəbiristanlıqlar üçün yeni torpaq sahələrinin ayrılmasını çətinləşdirir...

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Hər şeydən öncə, İslam dini bir mədəniyyət dinidir. Bu dinin çox çalarları içərisində işin bir parçası da ölüm və ölümdən sonrakı həyat, qəbir, dəfn və sair bu kimi əməllər dayanır.

Çox qəribədir ki, İslam deyəndə ağıla ən çox gələn məsələlərdən biri də ölümdür, ölümdən sonrakı həyatdır. Sanki bu dünyada insan ömrü boyu yaşayır, heç ona İslam lazım deyilmiş kimi bir baxış da var. Hər halda, bu da yanlış bir baxışdır. Ümumiyyətlə, qəbiristanlıqların bir alış-veriş yerinə çevrilməsi dinimiz baxımından doğrudan da böyük bir rəzalətdir.

Çünki insan artıq vəfat edibsə, bu insana, vəfat etmiş insana kəfənləmək, ona qəbir qazmaq, o adamın axirətə yola salınması və torpağa qoyulması, namazının qılınması, dualarının edilməsi, halallaşması var ikən, bir tərəfdən də bir bazarlıq qurulub. Bu, doğrudan da böyük bir problemdir".

İlahiyyatçı qeyd edib ki, xüsusilə bu cür “bazarlıq”ları daha çox böyük şəhərlərdə, böyük qəbiristanlıqlarda edirlər: “Çünki orada yer qıtlığı həmişə olub, getdikcə o torpaqlar azalır. Ona görə orada öncədən insanlar rezerv etməyə çalışırlar.

Məsələn, həyat yoldaşı vəfat edib, yaxud da bir şəhid anasıdır. Deyir ki, atamla bir yerdə, yaxud da həyat yoldaşımla bir yerdə, ailəmlə bir yerdə olmaq istəyirəm. Bu kimi istəklər meydana çıxır ki, burada narazılıq da meydana çıxa bilir. Amma hər halda, əgər qəbiristanlıqlara bələdiyyələr və yaxud dövlət tərəfindən ciddi nəzarət olsa, vətəndaş da bilsə ki, onun övladı və yaxud özü, yaxud atası, anası vəfat edəndə, ümumiyyətlə, orada torpaqla bağlı bir sıxıntı olmayacaq, öncədən rezerv etməyin nə mənası var? Bu məsələ kökündən həll olunmuş olar. Qərarda ən yaxın adam həyat yoldaşı olaraq göstərilir. Ümumiyyətlə, kənd yerlərinin qəbiristanlıqlarına gedəndə görürük ki, adamların nəsillikcə yerləri var, orada geniş ərazilər var. Bu ərazilərdə bir o qədər də problem olmur. Əksər hallarda nəsillikcə baba, nənə, ata, ana, qardaşlar, əmilər, dayılar hamısı bir yerdə, ziyarət də bir yerdə gerçəkləşir."

Hüquqşünas Ramil Süleymanov hesab edir ki, qəbir yerlərinin qabaqcadan satışı və ya bron edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb: “Vətəndaşlar tərəfindən artıq tutulmuş ərazi varsa, daşınmaz əmlakın dövlət reyestrinin tələblərinə dair müvafiq sənədlər təqdim olunmaqla həmin əraziyə çıxarış əldə etmək mümkündür. Amma bu o demək deyil ki, vətəndaşlar öncədən qəbir yeri ala bilər. Qəbiristanlıqlar tamamilə bələdiyyələrin tərkibinə keçməsə, bu kimi problemlər davam edəcək”

Azərbaycan Avropanın enerji xəritəsini dəyişir – Dörd ölkənin yeni sazişi nə vəd edir?
Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu genişləndirmək istiqamətində daha bir mühüm addım atır. Noyabrın 10-da Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində imzalanmış saziş regionda yeni enerji dəhlizinin formalaşması perspektivini gündəmə gətirib.

Yeni təşəbbüs Azərbaycanın yalnız neft və qaz deyil, elektrik enerjisi ixracatçısı kimi də Avropa bazarına çıxışını genişləndirə bilər.

Milli Məclisin deputatı Azər Badamovun fikrincə, Azərbaycan regional nəqliyyat dəhlizlərinin mərkəzi olduğu kimi, enerji dəhlizləri sistemində də mövqeyini gücləndirmək istiqamətində mühüm addımlar atır.

Deputat Musavat.com-a açıqlamasında qeyd edib ki, bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli tərəfdaşlardan biridir: “Azərbaycan Avropa İttifaqının üzvü olan 10 ölkəyə təbii qaz ixrac edir. İndi isə ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerjinin də Avropa bazarına çıxarılması istiqamətində fəaliyyətini genişləndirir. Noyabrın 10-da Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində imzalanmış saziş bu baxımdan yeni regional enerji dəhlizinin formalaşması perspektivini gündəmə gətirir. Bu razılaşma Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün quru ərazilər üzərindən yeni ixrac marşrutunun yaradılmasına imkan verə bilər. Beləliklə, Azərbaycanın yaşıl enerjisini Avropa bazarına çıxarmaq üçün iki əsas istiqamət üzrə layihələr gündəmdədir. Birinci istiqamət Azərbaycan-Gürcüstan-Türkiyə-Rumıniya-Bolqarıstan xətti üzrə Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan sualtı elektrik kabelidir. Bu istiqamətədə Türkiyə interkonnektorlar vasitəsilə xəttin ötürmə gücünü 5,4 qiqavatdan 15 qiqavata artırmağı hədəfləyir. İkinci istiqamət isə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirəcək quru enerji dəhlizidir. Bu layihələrin reallaşması Azərbaycanın Avropa ilə enerji əlaqələrini şaxələndirməklə yanaşı, elektrik enerjisi ixracı üçün əlavə imkanlar yaradacaq.

Diqqətçəkən digər məqam Azərbaycanın yalnız öz ərazisində istehsal olunan yaşıl enerjinin ixracı ilə kifayətlənməməsi, həm də Mərkəzi Asiyada istehsal edilən elektrik enerjisinin Avropaya tranzitində iştirak etmək perspektividir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əldə olunmuş razılaşmalar çərçivəsində Xəzər dənizinin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi layihəsi də bu məqsədə xidmət edir. Bu təşəbbüs Mərkəzi Asiyada, xüsusilə bərpaolunan enerji potensialına malik ölkələrdə istehsal edilən elektrik enerjisinin Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması imkanlarını genişləndirə bilər. Deməli, Azərbaycanın qarşısında yalnız elektrik enerjisi ixracatçısı olmaq deyil, həm də geniş coğrafiyanı əhatə edən regional enerji ticarətinin və tranzitinin mühüm mərkəzlərindən birinə çevrilmək perspektivi dayanır. Bu, ölkəmizin enerji sektorunda ənənəvi neft-qaz ixracından daha şaxələndirilmiş enerji modelinə keçidini sürətləndirə bilər”.

A.Badamov hesab edir ki, belə dəhlizlərin yaradılması Azərbaycanın iqtisadi imkanlarına da müsbət təsir göstərəcək: “Elektrik enerjisinin birbaşa ixracından əldə ediləcək gəlirlərlə yanaşı, tranzit xidmətləri, enerji infrastrukturunun istismarı və yeni investisiyaların cəlb edilməsi də əlavə iqtisadi dividendlər formalaşdıra bilər. Bununla belə, layihələrin iqtisadi səmərəsi onların tikinti xərclərindən, ötürmə gücündən, elektrik enerjisinin satış qiymətlərindən və Avropa bazarındakı tələbdən asılı olacaq.
Digər mühüm məqam isə enerji dəhlizlərinin Azərbaycanın regional geosiyasi və iqtisadi mövqelərinə təsiridir. Çünki beynəlxalq enerji marşrutlarının iştirakçısı və tranzit ölkəsi olmaq tərəfdaş dövlətlərlə qarşılıqlı iqtisadi asılılığı və əməkdaşlığı gücləndirir. Bu da Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, regional proseslərdə rolunun artmasına və strateji tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradır.

Beləliklə, Azərbaycan yaşıl enerji layihələri vasitəsilə özünü yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, həm də Şərqlə Qərb arasında enerji bağlantılarını təmin edən regional tranzit və ticarət mərkəzi kimi mövqeləndirməyə çalışır. Bu təşəbbüslərin reallaşması ölkəmizin iqtisadi gəlirlərinin şaxələndirilməsi ilə yanaşı, regional enerji təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığa da töhfə verə bilər”.

"Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər"
Dağlıq və sərt iqlim şəraitinə malik rayonlarda yaşayan əhali üçün kommunal xidmətlərə görə güzəştlərin tətbiqi yenidən gündəmə gəlib. Təklifə əsasən, xüsusilə yüksək dağ və sərhəd kəndlərində qaz və elektrik enerjisi üzrə istehlak limitləri ləğv edilə, güzəştli tariflər tətbiq oluna bilər. Bildirilir ki, bu addım həm sakinlərin sosial yükünü azalda, həm də regionlardan paytaxta miqrasiyanın qarşısının alınmasına töhfə verə bilər.

Məsələ Milli Məclisin bir neçə komitəsinin “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında qaldırılıb.

Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, Bakı və Abşeronun iqlim şəraiti Gədəbəy, Daşkəsən, Lerik, Şahbuz və Qusarın yüksək dağ kəndlərindəki hava şəraitindən ciddi şəkildə fərqlənir. Onun sözlərinə görə, bəzi yaşayış məntəqələrində ailələr ilin yeddi-səkkiz ayını evlərini qızdırmaqla keçirməli olurlar. Buna baxmayaraq, ölkə üzrə eyni kommunal istehlak tarifləri və limitlər tətbiq edilir.

Zahid Oruc hesab edir ki, müxtəlif iqlim şəraitində yaşayan əhaliyə eyni istehlak şərtlərinin tətbiqi sosial baxımdan ağır nəticələr doğurur. O, xüsusilə sərhəd və yüksək dağ kəndlərində yaşayan ailələr üçün fərqli tarif mexanizminin yaradılmasını təklif edib.

Komitə sədrinin fikrincə, belə ərazilərdə qaz və elektrik enerjisi üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə güzəştli tariflərin tətbiqi məqsədəuyğundur. Eyni zamanda, həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün iqlim və məsafə amilləri nəzərə alınmaqla əlavə ödəniş əmsalları müəyyən edilə bilər.

Zahid Oruc sərhəd və dağ kəndlərində məskunlaşmanın gücləndirilməsi üzrə ayrıca dövlət proqramının qəbulunu da vacib sayıb. Onun qənaətinə görə, bu, paytaxta əhali axınının qarşısının alınmasına xidmət edə bilər.

Bəs belə güzəştlərin tətbiqi mümkündürmü və bu, regionlardan Bakıya köçün qarşısını ala bilərmi?

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli təklifin nəinki mümkün, hətta zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, dağ rayonlarında kommunal xərclərin yüksək olması insanların yaşayış yerini dəyişməsinə səbəb olan amillərdən biridir.

İqtisadçı qeyd edib ki, sərt qış şəraiti olan bölgələrdə ailələr daha çox qaz və elektrik enerjisi sərf etməyə məcbur qalırlar. Üstəlik, kənd evlərinin böyük olması onların qızdırılması üçün əlavə xərc tələb edir. Natiq Cəfərlinin sözlərinə görə, bəzi ailələrin qış aylarında kommunal xidmətlərə çəkdiyi xərc 500-600 manata çatır. Bu isə regionlarda yaşamağı iqtisadi baxımdan çətinləşdirir:

“İnsanların şəhərə axın etməsinin bir çox səbəbi var. Həmin səbəblərdən biri də kommunal xidmətlərin regionlarda, əsasən də dağ rayonlarında çox bahalı olmasıdır. Orada qış çox sərt keçir, daha çox elektrik enerjisi, daha çox qaz sərf olunur. Kənd evləri böyükdür, onları qızdırmaq üçün çox böyük xərclər tələb olunur. Elə evlər var ki, qış aylarında kommunal xidmətlərə görə ödənişlər hardasa 500-600 manata qədər çatır”.

İqtisadçı hesab edir ki, belə vəziyyətlə üzləşən sakinlər üçün Bakıya köçmək bəzən daha sərfəli seçimə çevrilir. Çünki insanlar rayonda kommunal xidmətlərə yüksək məbləğ ödəməkdənsə, həmin vəsaiti paytaxtda kirayə mənzilə sərf etməyi və burada iş tapmağı düşünürlər.

“İnsanlar da düşünürlər ki, rayonda oturmaqdansa, 500-600 manatı kommunal xidmətlərə verməkdənsə, həmin pula Bakıda birotaqlı ev kirayələyər, paytaxta gəlib iş də taparlar. Ona görə də bu güzəştlərin tətbiqi nəinki mümkündür, hətta labüddür. Bunu etmək lazımdır”, – deyə Natiq Cəfərli vurğulayıb.

İqtisadçı əlavə edib ki, məsələ yeni deyil və uzun illərdir müzakirə olunsa da, indiyədək konkret nəticə əldə edilməyib.

“Artıq 10 ildən çoxdur ki, bu barədə müəyyən müzakirələr gedir, amma heç bir addım atılmır. Halbuki Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər”, – deyə Natiq Cəfərli bildirib.

Beləliklə, dağ və sərhəd kəndlərində kommunal güzəştlərin tətbiqi təkcə sosial dəstək tədbiri deyil, həm də regional inkişaf və məskunlaşma siyasətinin mühüm istiqamətlərindən biri kimi gündəmə gəlir. Əsas məsələ təkliflərin müzakirə səviyyəsində qalmaması və sərt iqlim şəraitində yaşayan əhali üçün real iqtisadi mexanizmlərə çevrilməsidir.

Əliyev və Putindən İLGİNC Türkiyə açıqlaması – Rəqabət, yoxsa...
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanı ölkəsi üçün sabit və yaxşı tərəfdaş adlandırıb. O bildirib ki, hazırda iki ölkə arasında energetika və qaz sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunur. Rusiya prezidenti vurğulayıb ki, Moskva Türkiyənin qaz bazarında Azərbaycanla rəqabət aparmaq əvəzinə, əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirir.

Putin bildirib ki, Rusiya Türkiyəyə qaz ixracında Azərbaycanı özünə rəqib hesab etmir. O, Rusiyanın Türkiyəyə Azərbaycandan xeyli çox qaz tədarük etdiyini vurğulayıb və Moskva ilə Bakının gələcək əməkdaşlıq üçün yaxşı perspektivlər gördüyünü qeyd edib.

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən prezident İlham Əliyev də Azərbaycanın enerji sahəsində vacib tərəfdaş olduğunu bildirib: “Nəzərə almaq lazımdır ki, Azərbaycan həm enerji, həm digər istiqamətlərdə region ölkələri ilə əməkdaşlıq edir. Hazırda Azərbaycan Türkiyə daxil olmaqla 16 ölkəyə qaz ixrac edir. Azərbaycanın qaz ixracatında da artımlar müşahidə edilir. Azərbaycan heç bir bazarda, o cümlədən, Türkiyə bazarında hansısa dövlətlə rəqabət aparmır. Azərbaycanın əsas məqsədi qaz ixrac etdiyi ölkələrlə enerji sahəsində əməkdaşlıq etməkdir”.

Əslində necədir, Azərbaycan və Rusiyanın qaz potensialını nəzərə alsaq, iki ölkə Türkiyə bazarı uğrunda mübarizə aparmış sayıla bilərmi? Əgər hansısa rəqabət yoxdursa, hər iki dövlətin lideri bu məsələyə nə üçün toxunub?

Mövzunu iqtisadçı Eldəniz Əmirov ilə müzakirə etdik. O, Musavat.com-a şərhində bildirib ki, Rusiya və Azərbaycanın mövcud qaz ehtiyatları, hasilat həcmləri, eyni zamanda ixracat həcmləri arasında kəskin fərqin olması, geosiyasi anlamda fərqli situasiyalarda olmaları onları heç də bir-birləri üçün rəqib etmir: “2025-ci ildə Rusiyada təxminən 663 milyard kubmetr qaz hasil edilib ki, 116 milyard kubmetrini boru kəməri ilə satıb, 30 milyon tonu da mayeləşdirilmiş qaz kimi satılıb. Yəni, hasil etdiyinin təxminən 20%-ni sata bilib.

Azərbaycan isə ötən il 51,5 milyard kubmetr qaz hasil edib. Bunun 25,2 milyard kubmetrini, başqa sözlə yəni 50%-ni ixrac edib. Rusiya böyük qaz ehtiyatlarına malik olsa da, bugünkü reallıq ondan ibarətdir ki, satış bazarlarının böyük hissəsini itirib. 2021-ci ildə Avropa İttifaqı Rusiyadan 150 milyard kubmetrdən çox qaz alırdısa, 2025-ci ildə bu həcm 36 milyard kubmetrə düşüb, yəni təxminən 5 dəfə azalıb. Yəni, təkcə Avropa istiqamətində, eləcə də digər istiqamətlərdə 4 il ərzində 110 milyard kubmetrlik azalma baş verib. Belə olan vəziyyətdə bütün istiqamətlər, o cümlədən də Türkiyə Rusiya üçün önəmli bazardır. Amma Azərbaycan üçün vəziyyət fərqlidir. Azərbaycan 25 milyard kubmetr qaz ixrac edir və onun 11,9 milyard kubmetrini Türkiyəyə istiqamətləndirir. Rusiya isə Türkiyəyə az qala iki dəfə artıq, 21,2 milyard kubmetr qaz ixrac edir. Yəni Türkiyənin idxal etdiyi qaz həcmlərində Rusiyanın payı Azərbaycanın payından da dəfələrlə çoxdur.

O ki qaldı iki ölkənin qaz sahəsində əməkdaşlıq imkanlarına, düşünürəm ki, konkret iqtisadi imkanlar mövcuddur. Məsələn, Azərbaycan müqavilə və nəqletmə imkanları daxilində Türkiyəyə satdığı qazın müəyyən hissəsini saxlaya, başqa ölkəyə yönəldə bilər. Azərbaycan qazının yetəri qədər alıcısı var. Türkiyə Azərbaycandan almadığı qazı Rusiyadan alır, bu isə onun üçün çox önəmlidir, çünki sata biləcəyi istiqamət yoxdur. Rusiya 660 milyard kubmetrlik hasilatın təxminən 150 milyard kubmetrini ixrac edə bilir”.
İqtisadçının fikrincə, alternativ variant kimi, Azərbaycan öz daxili tələbatının müəyyən hissəsini Rusiya qazı ilə təmin edə bilər: “Rusiyaya qaz satmaq lazımdır, Azərbaycan müəyyən hissəsini Rusiyadan alır, öz daxili tələbatını ödəyir və öz qazını da digər istiqamətə yönəldir. Azərbaycandan yetəri qədər qaz istəyən ölkə var-16 ölkəyə qaz ixrac edirik, amma ölkələrin sayı arta da bilər. Amma bunun üçün təbii ki, həm infrastruktur olmalıdır, həm də qaz hasilatı həcmi artmalıdır. Qaz hasilatı həcmi artmır-50 milyarddan bir qədər artıqdır, artıq bir neçə ildir təxmini stabilləşmə var, artım çox cüzidir, amma ixrac Türkiyəyə yox, digər ölkələrə yönəldilə bilər. Təsadüfi deyil ki, SOCAR rəhbərliyi də bu yaxınlarda Rusiyadan qazın alınması və qarşılıqlı qaz mübadiləsi imkanları ilə bağlı maraqlı fikirlər səsləndirib. Ona görə düşünürəm ki, Putinin açıqlamasının arxasında kifayət qədər ciddi iqtisadi məntiq dayanır. Rusiya iqtisadi baxımdan itirdiyi bazarları kompensasiya etməyə çalışır və bu da əslində ölkə rəhbəri üçün başadüşüləndir. Azərbaycanın isə mövcud qaz potensialından daha səmərəli istifadə etmək imkanları var. Amma yekunda dövlətlərin hansı qərarı verəcəyi ilə bağlı nəsə söyləmək bir qədər çətindir”.

Azərbaycanın borclanma limiti nə qədər olacaq? - PROQNOZ
2027-ci il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı 2.2 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.

"AzPolitika" xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Qeyd olunur həmin xərclərin 1 milyard 427.5 milyon manatını xarici dövlət borcu üzrə (1 milyard 63.5 milyon manatını əsas borc və 364 milyon manatını isə faiz borcu üzrə xərclər), 772.5 milyon manatını isə daxili dövlət borcu üzrə (137.2 milyon manatını əsas borc və 635.3 milyon manatını isə faiz borcu üzrə xərclər) xərclər təşkil edir. 2027-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri 2026-cı illə müqayisədə 257.6 milyon manat azdır.

Növbəti ilin dövlət büdcəsində xarici dövlət borcuna xidmət üçün 1 milyard 427.5 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 27.5 milyon manat və ya 2 faiz çoxdur.

Bir sıra iri maliyyə tutumlu layihələrin (su təchizatı, metro şəbəkəsinin genişləndirilməsi və digər sahələr) kredit vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqların aparıldığını və növbəti il ərzində həmin layihələr üzrə kredit sazişlərinin imzalanaraq təsdiq edilməsinin gözlənildiyi nəzərə alınaraq Azərbaycan Respublikasının 2027-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat, daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2.5 milyard manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 6 milyard manat məbləğində müəyyən ediləcək.

HANSI SOSİAL MÜAVİNƏTLƏR ARTIRILIR? – Bahalaşma və demoqrafik problemlər hökuməti hərəkətə geçirdi
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında ölkənin əsas maliyyə sənədi – "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“AzPolitika” xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.

Son nəticədə dövlət büdcəsində illik müqayisədə 1,7% çox olmaqla 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 619,2 milyon manat (2026-cı illə müqayisədə 5,9% çox), xərclərinin isə 50 milyard 377,1 milyon manat (3,1% çox) olacağı gözlənilir. İcmal büdcədə yaranacaq 2 milyard 757,9 milyon manat kəsir isə illik müqayisədə 28,7% azdır.

Maliyyə naziri Sahil Babayevin komitə iclasında açıqladığı məlumata görə, 2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3% çox) olması proqnozlaşdırılır. Xərclərin 9 milyard 220,5 milyon manatının DSMF-nin gəlirləri, 52 milyon manatının isə cari ilin sonuna istifadə olunmamış qalığı hesabına ödənilməsi nəzərdə tutulur.

2027-ci il dövlət büdcəsi layihəsinə əsasən bir sıra sosial müavinət və ödənişlərin məbləği əhəmiyyətli məbləğdə artırılır.

Belə ki, dəfn xərcləri, uşağın doğulmasına görə birdəfəlik ödənişlərin və uşağa qulluq müavinətlərin artırılması nəzərdə tutulur.

Layihəyə əsasən pensiyaçılar üçün dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.

Dəfn müavinətlərinin məbləğinin artırılması ilk növbədə inflyasiya və bazar qiymətlərindəki real bahalaşma ilə birbaşa bağlıdır. Son illər Azərbaycanda dəfn mərasimlərinin təşkili ilə bağlı xərclər kəskin artaraq bir sıra vacib xərc istiqamətlərini əhatə edib:

-Torpaq sahəsinin ayrılması, qəbiristanlıq xidmətləri, tabut, qəbirin qazılması və hörülməsi ilə bağlı xərclər;

-Yas mərasimlərinin (3, 7, 40 və il mərasimləri, qəbirdaşı qoyulması s.) təşkili, ehsan süfrələri və ərzaq məhsullarının qiymət artımı;

-Cənazənin daşınması, çadır, qab-qacaq kirayəsi və digər zəruri tədbirlər.

Hazırda verilən məbləğ vətəndaşların ağır gündə çəkdikləri real xərclərin çox kiçik bir hissəsini qarşılayır. Müavinətin artırılması dövlətin bu istiqamətdə sosial yükü qismən də olsa üzərinə götürməsi baxımından mühüm addımdır.

Doğum sayının kəskin azlaması hökuməti hərəkətə gətirdi

Ölkədə son illər müşahidə olunan demoqrafik vəziyyət və doğum sayının dinamikası ciddi azalma tendensiyasının hökm sürdüyünü açıq şəkildə göstərir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, son illərdə doğulan uşaqların sayı kəskin şəkildə aşağı düşüb:

2021: 112 284 nəfər

2022: 122 846 nəfər

2023: 112 620 nəfər

2024: 102 310 nəfər

2025: 95 875 nəfər

Qeyd edək ki, 2026-cı ilin ilk 8 ayında ölkədə cəmi 56 404 körpə dünyaya gəlib ki, bu il sonuna doğum sayının 90 minin altında qalacağına dair bədbin gözləntilər yaradıb.

Statistikadan göründüyü kimi, illik doğum göstəricisi tarixi minimum həddinə yaxınlaşıb. Demoqrafik tarazlığın qorunması və əhalinin təbii artım sürətinin aşağı düşməsinin qarşısının alınması üçün dövlət tərəfindən güclü stimullaşdırıcı tədbirlərə ehtiyac vardı.

Məhz bu səbəbdən 2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, uşağın doğulmasına görə ödəniləcək birdəfəlik məbləğin 600 manatdan 1500 manata çatdırılması nəzərdə tutulur (900 manat artım). Bu kəskin artım gənc ailələrə ciddi maddi dəstək olmaqla yanaşı, doğum səviyyəsinin stimullaşdırılmasına hesablanmış vacib sosial siyasət alətidir.

İşləyən analara uşağa qulluq müavinətinin artırılması da bu yanaşmanın tərkib hissəsidir. Belə ki, işləyən analara uşaqlarının 3 yaşına qədər təmin edilməsi üçün ayrılan əvvəlki məbləğlər mövcud inflyasiya və yaşayış minimumu fonunda kifayət qədər cüzi görünürdü. Anaların uşaqla evdə qaldığı dövrdə sosial müdafiəsinin gücləndirilməsi ölkənin ailə siyasətinin mərkəzində dayanmalıdır. Qeyd edək ki, layihədə bu mələğin 37 manatdan 100 manata qaldırılması təklif olunur.

Bundan əlavə gələn il hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta gündəlik qazancın 50,57 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə isə 53,50 manat olacağı gözlənilir.

Ekspertlər qeyd edirlər ki, bu cür dəstək mexanizmlərini daha uzun müddətə – məsələn, uşaqların 10 yaşa qədər olan dövrünü əhatə edəcək şəkildə genişləndirmək nəzəri olaraq mümkündür. Bu, həm uşaqların sağlam inkişafı, həm də anaların məşğulluq və sosial təminat hüquqlarının qorunması baxımından daha effektiv nəticələr verə bilərdi.