İdman - Xtv.az

Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə "AzPolitika"ya Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

18 yaşadək qızların mübarizəsində çıxış edən şahmatçımız VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da bütün görüşlərini qalibiyyətlə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.

Qeyd edək ki, Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.

Tofiq Əliyev dünya ikincisi oldu
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.

“AzPolitika” xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan milli komandamızın üzvü Tofiq Əliyev final mərhələsində uğurlu çıxış nümayiş etdirərək 29.700 xal toplayıb və Dünya çempionatının gümüş medalını qazanıb.

Bu nəticə Tofiq Əliyevin karyerasında xüsusi əhəmiyyət daşıyır. Belə ki, gimnastımız fərdi proqramda ilk dəfə Dünya çempionatının gümüş medalına sahib olub.

Gərgin mübarizə şəraitində keçən finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl medal qazanıb, ABŞ təmsilçisi Kaden Braun isə üçüncü pillədə qərarlaşıb.

Bununla da tamblinq üzrə təmsilçilərimiz üçün Dünya çempionatı həyəcanı başa çatıb.

"Kəpəz" - "İmişli" matçında hakim səhvi - Rəhim Həsənov mübahisəli epizodlara aydınlıq gətirdi + VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

"AzPolitika" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum rəsmisi "Kəpəz" - "İmişli" matçında baş hakimin səhv qərar verdiyini söyləyib.

R.Həsənovun sözlərinə görə, "İmişli"nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.

Bundan əlavə, sədr "Sumqayıt" - "Şəfa" qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.

Misli Premyer Liqası

Rahilə Hüseynzadə 3 medal qazandı - Avropa birinciliyində
Atletimiz Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

“AzPolitika” xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan Rahilə, birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub. Təmsilçimiz təkanla qaldırma növündə bürünc medala yiyələnib.

O, bu dəfə 115 kq nəticə göstərib. Beləliklə 2 hərəkətin cəmində 209 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin gümüş medalına yiyələnib. İdmançıların mükafatlandırma mərasimində AAF-ın vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər 3 idmançımız yarışı medallarla başa vurub. Buna qədər körpücük üzərinə çıxmış Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdı. Beləliklə atletlərimiz qitə miqyaslı yarışda ümumilikdə 9 medal əldə edib.

Azərişıq ASC-nin təşkil etdiyi yarışın qalibi müəyyənləşdi
Azərişıq ASC-nin təşkilatçılığı ilə Hadrutda "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının final turu keçirilib.

Axar.az xəbər verir ki, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır.

Tədbirdə Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq" ASC-nin ölkənin bütün regionlarında həyata keçirdiyi yenidənqurma işləri və Ümumrespulika Yarışının regional turlarını əks etdirən video çarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda 11 regional turun qalibi olmuş komandalar — "Astara EŞ", "Göyçay EŞ", "Xaçmaz EŞ", "Xankəndi EŞ", "Qax EŞ", "Qazax EŞ", "Salyan EŞ", "Sumqayıt EŞ", "Şahbuz EŞ", "Yasamal RETSİ", "Zərdab EŞ" nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə şəkil, stuasiya, açıq və qarışıq tipli 20 sualı cavablandırıblar.

İkinci mərhələdə iştirakçılar peşə bacarıqlarını göstəriblər. Energetiklər ssenariyə uyğun olaraq ardıcıl praktiki tapşırıqları – elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi və ona ilkin tibbi yardım göstərilməsi, yanğınsöndürmə, eləcə də 10 kV-luq elektrik xəttində təmir-bərpa əməliyyatlarını yerinə yetiriblər.

Üçüncü mərhələdə "Bilik və bacarıqdan innovasiyaya" innovativ həllər müsabiqəsində yarış iştirakçıları əvvəldən hazırladıqları layihələri təqdim ediblər.

Yekun nəticələrə əsasən "Yasamal RETSİ" komandası birinci, "Xaçmaz EŞ" ikinci, "Astara EŞ" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.

Qeyd edək ki, Azərişıq ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Yamal üçün tarixi şans: “Qalatasaray”la matçda rekord qıra bilər
“Barselona”nın gənc futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında Kilian Mbappenin rekordunu təkrarlamağa yaxındır. İspaniyalı vinger 20 yaşına çatmamış turnirdə ən çox qol vuran futbolçu olmaq şansı əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tribuna” nəşri məlumat yayıb.

19 yaşlı Yamal Çempionlar Liqasında keçirdiyi 34 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun 2026–2027-ci illər mövsümünün liqa mərhələsinin ilk turunda “Feyenoord”un qapısına vurduğu qol turnirdəki ümumi qol sayını 12-yə çatdırıb.

Hazırda 20 yaşına qədər Çempionlar Liqasında 13 qol vuran Kilian Mbappe bu göstərici üzrə rekordçudur. Yamalın fransalı hücumçunun nəticəsini təkrarlaması üçün daha bir qol vurması kifayətdir.

İspaniyalı futbolçu rekord uğrunda növbəti fürsətini oktyabrın 13-də İstanbulda “Qalatasaray”a qarşı keçiriləcək matçda əldə edə bilər. Yamal bir qol vuracağı təqdirdə Mbappenin göstəricisinə çatacaq, iki və ya daha çox qol vurarsa, onu geridə qoyacaq.

Gələn ilin iyulunda 20 yaşı tamam olacaq Yamalın rekordunu yeniləmək üçün hələ vaxtı var. “Qalatasaray”la qarşılaşma gənc futbolçu üçün bu istiqamətdə növbəti mühüm sınaq olacaq.