30-09-2022, 06:24

Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"

Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"


"Qarabağ" 8 ildir avrokubokların qrupunda mübarizə aparır, çox güclü komandadır".

Bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a iki oyunun nəticəsinə (1:1, 1:3) əsasən uduzaraq, mübarizəni dayandırmaları barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis Azərbaycan çempionunun gücünə əvvəldən bələd olduqlarını bildirib: "Ötən mövsüm Konfrans Liqasında pley-offa çıxmaları, bu il isə İsveçrə "Sürix"ini məğlub etmələri təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir".

59 yaşlı baş məşqçi Budapeştdəki cavab matçına yaxşı başlamadıqlarını etiraf edib: "Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. Rəqib əks hücumlarda əla oynayır. Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran hücumçusu (İbrahima Vadjini nəzərdə tutur - E.S) Fransa klubuna keçdi. Düzdür, 2 aparıcı mərkəz müdafiəçimiz həmin oyunda iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı və səhvlərimizdən istifadə edib mərhələni keçdi".

# 228

Oxşar yazılar

#