29-09-2022, 07:21

DİN-dən sərnişinlərin həyatını təhlükəyə atan sürücü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

DİN-dən sərnişinlərin həyatını təhlükəyə atan sürücü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO


Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atmasına münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında bildirib ki, sürücü barədə tədbir görülür:

“Həmin sürücü barədə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq tədbir görülüb. Eyni zamanda daşıyıcı şirkətə məlumat verilib”.
***
Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

Qafqazinfo” xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.

Həmin anın videosunu təqdim edirik:

# 112

Oxşar yazılar

#