Əvəz Qocayev vətəninə, millətinə necə bağlı olduğunu II Qarabağ müharibəsindən sonra da sübut etdi

  • 15-10-2021, 00:36
  • 458
Əvəz Qocayev vətəninə, millətinə necə bağlı olduğunu II Qarabağ müharibəsindən sonra da sübut etdi



Tarix iki qism vəzifə sahiblərini unutmur, tozlu səhifələrində gələcək nəsillərə tanıdır: xalqın, millətinin təəssübünü çəkən, onun qayğısına qalanları və vətənə, millətə heç bir faydası olmayan, yalnız öz cibini doldurmaq fikri ilə yaşayanları. Əsrlərin ənənəsi bu gün də davam etməkdədir. Müasir zamanda işinin başında ləyaqətlə duran, vətəninə, millətinə can yandıran, xalqın real vəziyyəti ilə birbaşa maraqlanan yalnız tək-tək vəzifə sahiblərindən bəhs etmək olur. Ancaq neyləməli ki, bir də görürsən, bu vəzifə sahibləri haqları olan dəyəri, qiyməti görmür, görəndə də müxtəlif təxribatlara, böhtanlara məruz qalırlar. Bu yazıda həmin tək-tək vəzifə sahiblərindən biri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev haqqında bəhs edəcəyik.
Əvəz Qocayev 1959-cu ildə Tovuz rayonunun Əyyublu kəndində dünyaya gəlmişdir. Tovuzlu həmyerliləri Əvəz Qocayevi “kasıbların əmisi və dayısı” adlandırırlar. Onu çox zaman razılıqla xatırlayır, vətənpərvər, xeyirxah insan olmasından danışırlar. Əvəz Qocayevi şəxsən tanıyanların əksəriyyəti onun ətrafındakı insanlara qarşı sadə, mehriban və qayğıkeş münasibətindən bəhs edirlər. O, haqqında söylənən bütün bu fikirlərin nə dərəcədə doğru olmasını gördüyü xeyirxah işlərlə, əməllərlə hər zaman sübut etmişdir. Həmişə millətinin yanında olmuş, maddi və mənəvi dəstəyini öz həmvətənlərindən əsirgəməmişdir. Bu anda Əvəz müəllimin karantin dönəmində bir çox ailəyə maddi yardım göstərməsini də xatırlamaq gərəkdir.
Əvəz Qocayev vətəninə, millətinə necə bağlı olduğunu II Qarabağ müharibəsindən sonra da sübut etdi. Müharibədən sonra şəhid və qazi ailələrinə əlindən gələn yardımı edən Qocayev göstərdi ki, bu vətənin qayğısına qalan mərd oğullar hələ da var. Maraqlısı budur ki, Əvəz müəllim 2016-cı ilin aprel döyüşləri zamanı da şəhid ailələrinə, o cümlədən Tovuz və Qazax rayonunda ehtiyacı olan ailələrə çoxsaylı yardım göstərmiş, maddi və mənəvi dəstəyini şəhid və qazi ailələrindən əsirgəməmişdir.
Təəssüf ki, bəzən mətbuatda yanlış və ya mübaliğəli xəbərlərə yer verilir. Kimin ki bir başqasını gözü götürmür, mətbuatda həmin rəqibi haqqında yanlış və böhtan xarakterli xəbərlər yaymağa başlayır. Bu anlamda mətbuat əlverişli manipulyativ silaha çevrilir. Əvəz Qocayev haqqında da əssassız, böhtan xarakterli, üstəlik şəxsi həyatına da sirayət edən yazılarla qarşılaşırıq. Belə xəbərlər insanda təəssüf doğurur, çünki Əvəz müəllim heç kəsi incitməməyə, həmişə öz işi ilə məşğul olmağa səy göstərmiş, jurnalistlərlə, mətbuat orqanları ilə də hörmət çərçivəsində və dostyana münasibətdə olmuşdur. Qeyd etmək lazımdır ki, Əvəz Qocayev haqqında yayılan bu yazıların bir çoxu onun cəmiyyətdəki nüfuzuna, xalq arasındakı mövqeyinə zərər vurmaq məqsədilə, bir sıra vəzifə sahiblərinin planı, siyasəti əsasında mətbuatda yer almışdır. Həqiqət bir gün mütləq öz yerini tapacaqdır.
Son olaraq qeyd etmək istəyirik ki, vətənimizin Əvəz Qocayev kimi qeyrətli, vicdanlı, xalqın, millətin təəssübünü çəkən oğullara ehtiyacı var. Belə oğulları görmək nəinki Əvəz müəllimin həmyerliləri, o cümlədən bütün Azərbaycan üçün qürurdur. Bu yazıda məqsəd yalnız Əvəz Qocayevin milləti üçün etdiyi xerixah işləri əks etdirmək deyil, vətənin onu düşünən, xalqının qayğısına qalan vicdan sahibi, dürüst və mərd oğullara ehtiyacı olduğunu, bu cür oğullarla qürur duyduğunu göstərməkdir. Tarixə əsl imza atacaq olanlar da məhz vətən təəssübü çəkən insanlar olacaqdır.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Dekabrda hava necə olacaq?
    Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edilib
    Baş prokurordan qəzaya uğrayan helikopterlə bağlı açıqlama
    General:
    Elçin Quliyev:
    DYP işçi axtarır
    Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir - CANLI YAYIM
    Əzizləri ilə vidalaşmağa gələn şəhid yaxınları… - Fotolar
    Qəzadan sağ çıxan hərbçilər danışdı - Video
    Helikopterdə yaralanan zabitimizin atası danışdı - ÖZƏL
    Laçında bu obyektlər su ilə təchiz edilib
    Türk lirəsi 12 qəpiyə düşdü - REKORD
    “Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO
    Bu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTO
    14 şəhidin içində adı “işçi” yazılan şəxs kimdir? – Gizli qəhrəman
    Azərbaycanda polis güllələndi - TƏFƏRRÜAT
    Baqdasaryan Köçəryanı biabır etdi: erməni əsgərlərinin ölüm əmrini siz vermisiniz
    Putin Ərdoğanın vasitəçiliyindən imtina etdi: Ukrayna böhranı III dünya savaşına çevrilə bilər
    Laçının erməni işğalından azad olunmasından bir il ötür
    Azərbaycan avtomobili Türkiyəyə daxil olarkən sənədlərə baxılmayacaq
    Məmur: “Ata Abdullayevə quzu təklif etdim, 10 min manat istədi”
    Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb
    Prezident sərəncam imzaladı
    İlham Əliyev pakistanlı naziri qəbul etdi
    Dünya Prezident İlham Əliyevi dünya səviyyəli qurucu lider kimi tanıyır - RƏY
    DİN-də yeni təyinat
    Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var
    Maşını nömrəsiz sürən qazi ilə polisin dialoqu - VİDEO
    Ramil Bayramov: Regionda sülhü bərpa etmək məqsədilə Azərbaycan və Rusiya arasında fəal dialoqlar öz səmərəsini verir
    Avtomobillərin icbari sığortasında yenilik: Ödənişi bu şəxs edəcək
    Yeni nazir müavininin bu fotoları diqqət çəkdi - FOTO
    Qonşu valyutalar ucuzlaşır - Manatı nə gözləyir?
    Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə
    Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır
    Nazir icra başçısının oğluna yüksək vəzifə verdi
    Kəlbəcərin İstibulaq kəndi - VİDEO
    Xərçəngdən əziyyət çəkən aktyorun xanımı:
    Gələn ildən NEZ-də yeni buxar sistemi işə salınacaq
    İlham Əliyev baş konsulu geri çağırdı
    Prezident Soçi görüşündən danışdı
    Vəli Ələsgərov həbsdə vəfat etdi
    Saakaşvili məhkəməyə gətirildi - Fotolar + Yenilənir
    DİN sürücülərə müraciət edib
    Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
    Azərbaycanda
    Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
    Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
    Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
    Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
    Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO
    Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR
    Bu gün
    Prezident “Rossiya1” telekanalına açıqlama verib - VİDEO
    Seyid İbrahim Rəisi: “Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür”
    XTQ Şəhid Kərim Əliyevin anım günü
    Əliyev Aşqabadda nəyə nail oldu? - TƏHLİL
    Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir