İlqar Süleymanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

  • 4-06-2021, 12:48
  • 297
İlqar Süleymanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlqar Süleymanov bu işin müqəddəsliyini qoruyub saxlayır. İlqar Süleymanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İlqar Süleymanovdan danışdılar yaxşı ki, İlqar Süleymanov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir… İlqar Süleymanov öz isguzarlığı ilə tanınır və seçilir….

İlqar Süleymanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İlqar Süleymanovu heç vaxt əqidəsindən döndərə bilməz.

İlqar Süleymanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlqar Süleymanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlqar Süleymanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İlqar Süleymanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlqar Süleymanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlqar Süleymanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlqar Süleymanov özünü doğruldub. Bizdə hörmətli İlqar Süleymanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov - Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Mustafa Kamal Atatürk isə Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirib.

İki ölkə arasında qardaşlıq münasibətlərinin qədim tarixi var. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsidir. Çanaqqala savaşında isə çoxlu sayda azərbaycanlı canlarından keçib, bu savaşda qələbəyə böyük töhfə verib.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və əməkdaşlıq münasibətləri hazırda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə inkişaf etməkdədir. Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Vətən müharibəsinin ilk günlərindən də Türkiyə Prezidenti bəyan etdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyyənin olması bizim üçün çox önəmli bir haldır.

Son illərdə artan terror hadisələri, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən yerli texnologiya məhsulu olan silah və avadanlıqların həyati bir əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanıb, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü daha da gücləndirəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin

dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Təəssüflər olsun ki, Ermənistanda anti-Azərbaycan və anti-Türkiyə təbliğatı həddindən artıq güclü olub və bu gün də bu, davam etməkdədir. Onlar Türkiyə və Azərbaycanı hər zaman özlərinə düşmən biliblər. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bu fikirdən əl çəkməlidirlər ki, regiondakı inkişafın tərkib hissəsi ola bilsinlər və Türkiyə Ermənistanla olan sərhədləri açmaqla əlaqələri normallaşdıra bilsin. Əlbət də ki, bunun nə vaxt baş tutacağına Türkiyə qərar verəcək. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir.

Azərbaycan və Türkiyə isə qardaşlıq və əməkdaşlıq münasibətlərini bu gün də inkişaf etdirməkdədir. Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa və quruculuq işlərində Türkiyə şirkətləri fəal şəkildə iştirak edirlər. Təsadüfi deyil ki, 29 may tarixində Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycanın normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb. Bu şirətlər Türkiyə şirkətlərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə müqavilə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamaları təmin edəcək.

Azərbaycan-Türkiyə əlaqələri bütün Türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Laçının Qarakeçdi kəndi - VİDEO
    Evli kişilərin ölüm və ya iflic ehtimalının yüsək olmasının səbəbi - ARAŞDIRMA
    Sabah 43 dərəcə isti olacaq
    İlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLAR
    Lukoşenkodan Avropaya:
    Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
    Nazir qayınatanı işdən çıxarıb, kürəkəni təyin etdi
    COVID-19-a qarşı vaksin insanın DNT-sini dəyişir? – RƏSMİ AÇIQLAMA
    Qubadlıda döyüşənlər də təltif edildi
    Zəngilanın azad olunmasına görə təltif edilənlərin - Siyahısı
    Bir qrup hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi
    Tehran Mənsimov da təltif edildi
    Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
    Prezidentdən Hikmət Mirzəyevlə bağlı SƏRƏNCAM
    Prezident sərəncam imzaladı
    Azərbaycanda dəhşət: qohumlarını güllələdi - ADLAR
    Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO
    İstanbulda azərbaycanlı sürücü güllələndi - VİDEO
    Günün rəsmi valyuta məzənnələri açıqlandı
    Ceyhun Bayramov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
    Vilayət Eyvazovdan yeni təyinat
    Ağdamın Salahlı Kəngərli kəndindən görüntülər - VİDEO
    Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir
    Ümumdünya Səhiyyə təşkilatı İlham Əliyevin liderliyini alqışlayır
    Azərbaycanın Covid-19 pandemiyası ilə uğurlu mübarizəsi
    COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan təcrübəsi
    Banklara 921 milyonluq kredit geri qaytarılmayıb - SƏBƏB
    “BİZON energy” energetik içki deyilmiş - RƏSMİ
    Azərbaycan Prezidenti BMT-nin ali nümayəndəsini qəbul edib
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul etdi - YENİLƏNİB
    İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SƏRƏNCAM
    ABŞ Rusiya və Çinin dollardan xilas olmaq planlarına cavab verdi
    Ölkəyə gətirilən bahalı mebellər çox ucuz rəsmiləşdirilir - Kimsənin də xəbəri yox?
    Azərbaycan Dünya Bankının kreditindən imtina etdi - RƏSMİ
    Şoyqu: “Avropada vəziyyət partlayış həddindədir”
    Yas mərasimləri bu şərtlə keçirilə bilər - AÇIQLAMA
    Toy qərarından sonra restoranlarda kəskin bahalaşma - QİYMƏTLƏR
    Bakıda söküləcək məktəblər açıqlandı - VİDEO
    Azərbaycanda məktəbli oyuna görə döyüldü, xəstəxanada öldü - FOTO
    Putindən Qarabağla bağlı AÇIQLAMA
    Tarkan yeni imicilə təəccübləndirdi – FOTO
    Günün rəsmi valyuta məzənnələri açıqlandı
    Azərbaycanda 6-7 aydan bir peyvəndlənmə təkrarlanacaq - Həkim
    İran-Türkiyə sərhədi silkələndi
    Tokio-2020-də spirtli içkilər satılmayacaq - SƏBƏB
    Daha 13 erməni terrorçunun məhkəməsi başlayır
    Aİ ilə Türkiyə arasındakı bu razılaşma vacibdir  -Merkel
    “Taliban” Əfqanıstan-Tacikistan sərhədinin əsas keçid məntəqəsini ələ keçirdi
    Putin əfsanəvi Ənvər Məmmədovun nəvəsinin namizədliyini irəli sürdü
    Avro-2020-də yarımfinal və final oyunları ilə bağlı yeni qərar verildi
    Türkiyə 10 ildən sonra “Avroviziya”ya qayıdır
    Azərbaycanlı idmançı Qran-Pridə birinci oldu
    Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı - RƏSMİ
    Azərbaycanda iyulun 1-dən yeni qadağa tətbiq olunacaq
    Dünya Bankından Azərbaycan üzrə 5 illik strategiya: Qarabağda bərpa işi də daxil edəcək
    Deputat Fulya Öztürk haqda:
    DYP bu dövlət qurumunu cərimələdi
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir