Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər

  • 10-05-2021, 11:28
  • 103
Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər


Mayın 10-da xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb.

Dahi Liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli lider Heydər Əliyev öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib.

Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib, xalqımız tarixi hədəflərinə qovuşub, Vətənimiz bütövləşib. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

Xalqımız böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd edir.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.

Azərbaycan tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin dəmir yumruğu yeni reallıqlar yaradıb.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Laçının Qarakeçdi kəndi - VİDEO
    Evli kişilərin ölüm və ya iflic ehtimalının yüsək olmasının səbəbi - ARAŞDIRMA
    Sabah 43 dərəcə isti olacaq
    İlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLAR
    Lukoşenkodan Avropaya:
    Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
    Nazir qayınatanı işdən çıxarıb, kürəkəni təyin etdi
    COVID-19-a qarşı vaksin insanın DNT-sini dəyişir? – RƏSMİ AÇIQLAMA
    Qubadlıda döyüşənlər də təltif edildi
    Zəngilanın azad olunmasına görə təltif edilənlərin - Siyahısı
    Bir qrup hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi
    Tehran Mənsimov da təltif edildi
    Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
    Prezidentdən Hikmət Mirzəyevlə bağlı SƏRƏNCAM
    Prezident sərəncam imzaladı
    Azərbaycanda dəhşət: qohumlarını güllələdi - ADLAR
    Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO
    İstanbulda azərbaycanlı sürücü güllələndi - VİDEO
    Günün rəsmi valyuta məzənnələri açıqlandı
    Ceyhun Bayramov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
    Vilayət Eyvazovdan yeni təyinat
    Ağdamın Salahlı Kəngərli kəndindən görüntülər - VİDEO
    Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir
    Ümumdünya Səhiyyə təşkilatı İlham Əliyevin liderliyini alqışlayır
    Azərbaycanın Covid-19 pandemiyası ilə uğurlu mübarizəsi
    COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan təcrübəsi
    Banklara 921 milyonluq kredit geri qaytarılmayıb - SƏBƏB
    “BİZON energy” energetik içki deyilmiş - RƏSMİ
    Azərbaycan Prezidenti BMT-nin ali nümayəndəsini qəbul edib
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul etdi - YENİLƏNİB
    İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SƏRƏNCAM
    ABŞ Rusiya və Çinin dollardan xilas olmaq planlarına cavab verdi
    Ölkəyə gətirilən bahalı mebellər çox ucuz rəsmiləşdirilir - Kimsənin də xəbəri yox?
    Azərbaycan Dünya Bankının kreditindən imtina etdi - RƏSMİ
    Şoyqu: “Avropada vəziyyət partlayış həddindədir”
    Yas mərasimləri bu şərtlə keçirilə bilər - AÇIQLAMA
    Toy qərarından sonra restoranlarda kəskin bahalaşma - QİYMƏTLƏR
    Bakıda söküləcək məktəblər açıqlandı - VİDEO
    Azərbaycanda məktəbli oyuna görə döyüldü, xəstəxanada öldü - FOTO
    Putindən Qarabağla bağlı AÇIQLAMA
    Tarkan yeni imicilə təəccübləndirdi – FOTO
    Günün rəsmi valyuta məzənnələri açıqlandı
    Azərbaycanda 6-7 aydan bir peyvəndlənmə təkrarlanacaq - Həkim
    İran-Türkiyə sərhədi silkələndi
    Tokio-2020-də spirtli içkilər satılmayacaq - SƏBƏB
    Daha 13 erməni terrorçunun məhkəməsi başlayır
    Aİ ilə Türkiyə arasındakı bu razılaşma vacibdir  -Merkel
    “Taliban” Əfqanıstan-Tacikistan sərhədinin əsas keçid məntəqəsini ələ keçirdi
    Putin əfsanəvi Ənvər Məmmədovun nəvəsinin namizədliyini irəli sürdü
    Avro-2020-də yarımfinal və final oyunları ilə bağlı yeni qərar verildi
    Türkiyə 10 ildən sonra “Avroviziya”ya qayıdır
    Azərbaycanlı idmançı Qran-Pridə birinci oldu
    Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı - RƏSMİ
    Azərbaycanda iyulun 1-dən yeni qadağa tətbiq olunacaq
    Dünya Bankından Azərbaycan üzrə 5 illik strategiya: Qarabağda bərpa işi də daxil edəcək
    Deputat Fulya Öztürk haqda:
    DYP bu dövlət qurumunu cərimələdi
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir