Cəmiyyət - Xtv.az

İNTERNET 3 AY OLMAYACAQ, BANKLARDAKI PULLAR SİLİNƏCƏK? – Həqiqət üzə çıxdı
Azərbaycanda noyabrın 17-dən etibarən internetin kəsiləcəyi, bank hesablarındakı vəsaitlərin sıfırlanacağı və əhalinin alış-veriş üçün nağd puldan istifadə etməli olacağı barədə şayiələr yayılır. Sosial şəbəkələrdə yayılan paylaşımlarda hətta qlobal internetin üç ay müddətinə dayandırılacağı iddia edilir.

"AzPolitika" Trend-ə istinadla xəbər verir ki, sözügedən şayiələrin yayılmasına ABŞ-da noyabrın 17-də yəni bu gün keçirilməsi planlaşdırılan fövqəladə xəbərdarlıq sisteminin sınağı ilə bağlı məlumatlar səbəb olub.

Həmin sınaq sosial şəbəkələrdə təhrif edilərək qlobal internetin dayandırılması, bank sistemlərinə kiberhücum və hesabların sıfırlanması kimi təqdim edilir. Halbuki ABŞ-ın rəsmi qurumlarının açıqlamalarında belə bir plan nəzərdə tutulmayıb.

Yayılan paylaşımlarda iddia olunur ki, hakerlər internetə qoşulmuş sistemləri sıradan çıxaracaq, bank hesablarındakı balanslar sıfır görünəcək. Ardınca isə guya süni intellekt sistemindəki təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün dünyada internet üç ay müddətinə dayandırılacaq.

Lakin bu ssenarini əsaslandıran yoxlanıla bilən texniki məlumat təqdim edilmir.

Noyabrın 17-də əslində nə baş verəcək?

ABŞ Federal Rabitə Komissiyasının (FCC) rəsmi bildirişinə əsasən, Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) ilə birlikdə noyabrın 17-də ölkə üzrə Fövqəladə Xəbərdarlıq Sisteminin – EAS-ın sınağı keçiriləcək.

Sınağın məqsədi radio, televiziya, kabel və peyk yayımçıları vasitəsilə fövqəladə xəbərdarlıqların əhaliyə çatdırılmasını yoxlamaqdır. Bu tədbir internetin və ya bank sistemlərinin fəaliyyətinin dayandırılması demək deyil.

Sınaq zamanı radio və televiziya proqramlarında təxminən bir dəqiqəlik fasilə yarana bilər. Mobil telefonlara xəbərdarlıq göndərilməsi isə bu sınağa daxil deyil.

Qlobal interneti üç ay müddətinə dayandırmaq mümkündürmü?

Internet Society təşkilatının izahına görə, qlobal internet müxtəlif şirkətlər, dövlət qurumları, universitetlər və provayderlər tərəfindən idarə olunan on minlərlə müstəqil şəbəkənin birləşməsidir. Onun vahid idarəetmə mərkəzi yoxdur.

Bu səbəbdən sosial şəbəkələrdə yayılan “bütün internetin bir qərarla üç aylıq söndürülməsi” ssenarisi internetin mövcud quruluşunu əks etdirmir.

Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi də noyabrın 17-də bank hesablarının sıfırlanacağı və internetin üç ay müddətinə kəsiləcəyi barədə məlumatları əsassız adlandırıb. Mərkəzin bildirdiyinə görə, paylaşımlarda istifadə olunan fövqəladə hallara hazırlıq tövsiyələrinin həmin tarixə və iddia edilən kiberhücuma aidiyyəti yoxdur.

Beləliklə, noyabrın 17-də qlobal internetin dayandırılacağı, bank hesablarındakı vəsaitlərin silinəcəyi və əhalinin üç ay nağd pulla yaşamalı olacağı barədə yayılan məlumatlar təsdiqlənmir. Sosial şəbəkələrdəki paylaşımlar ABŞ-da keçiriləcək texniki sınaqla bağlı məlumatların təhrif olunmuş təqdimatına əsaslanır.

Bakıda sabah hava əsasən yağmursuz keçəcək, rayonların dağlıq ərazilərində qar yağacaq VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycanda noyabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-16° isti, dağlarda 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Prinsiplər maraqlara qurban veriləndə belə olur…

“İqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgündür, amma mədəniyyətimiz o səviyyədə deyil”.

Bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə bildirib.

“Mən hərdən baxıram xarici turistlərin danışdıqlarına, deyirlər ki, lülə-kabab dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı! Azərbaycanı elə edək ki, turistlər muzeylərimizin qarşısında dayansınlar, bizim kitablarımızı oxusunlar”, - deyə Anar Rzayev qeyd edib.

Qocaman yazıçımızın iradını bölüşməmək olmur. Azərbaycan doğrudan da lülə-kababdan və şəkərburadan, ümumiyyətlə, mətbəxdən ibarət deyil və mədəniyyətimizdə, eləcə də Anarın demədiyi elm, təhsil və bir çox digər sahələrimizdə vəziyyət, yumşaq desək, heç də əla deyil…

Lakin maraqlıdır, görəsən, hörmətli yazıçımız kimdən kimə şikayət edir?

Azərbaycan Prezidenti haqlı olaraq son çıxışılarının birində demişdi ki, “İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir”.

O da məlumdur ki, mədəniyyət ideologiyanın tərkib hissəsidir və bu sahədəki boşluqlar sözsüz ki, gələcəyimiz üçün ciddi təhlükələr yaradır.

Bəs yazıçı Anarın sonuncu dəfə mədəniyyətimiz, incəsənətimiz, teatrımız, kinomuz, televiziyalarımız və s. barədə hansı çıxışına, məqaləsinə, tənqidinə, çağırışına və bütün bu problemlərin həlli ilə bağlı təklifinə - bir sözlə, açıq, cəsarətli ziyalı mövqeyinə rast gəlmisiniz?

Təəssüf ki, son illər Anarın adına bir çox hallarda ya Yazıçılar Birliyinin hansısa qurultayında, ya ev bölgüsü ilə bağlı qalmaqallı xəbərlərdə, ya da başqa yazıçılarla, şairlərlə qarşılıqlı ittihamlarda, dedi-qodularda rast gəlmişik. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bir yerə qədər getmək olar, bəs oradan o tərəfi necə olsun? Göydələnlər dövründə 6-cı mərtəbədə ilişib qalmaq və sonra da mədəniyyətin geri qalmasından şikayət etmək bir ziyalını o qədər də cəlbedici etmir...

Əsil ZİYALI ACLIĞI yaşayan toplumun, xüsusilə də sovetlərdən müstəqilliyə bütöv bir keçid dövrünü təmsil edən Anar və onun kimi digər yazıçılardan, ziyalılardan, elm və mədəniyyət xadimlərindən gözləntiləri, istəyi tamamilə başqadır.

Bu keçid dövründə xüsusilə mədəniyyət sahəsində Rəşid Behbudovun, Şövkət Ələkbərovanın xalq artstliyindən Röyanın, Miri Yusifin xalq artistliyinə, Tofiq Quliyevin, Elza İbrahimovanın bəstəkarlığından Elza Seyidcahanın bəstəkarlığına, İsi Məlikzadə, Əli Kərim ədəbiyyatından filankəs “qaraçuxurlu”, beşmənkəs “nasosnu” meyxanasına xoşagəlməz bir keçid etdik. Əbülfəs Qarayev kimi Kukla Teatrından belə korrupsiya cinayəti çıxan Mədəniyyət naziri gördük…

Onun və onun kimilərin fəaliyyətinin, eləcə də bütünlükdə ziyalı biganəliyinin nəticəsidir ki, bu gün “ictimai rəy liderləri” ya aşpaz, səyahət, şou, dedi-qodu bloqerləri, ya da adını “jurnalist”, “bloqer” qoyub çığır-bağırla millətin arasına nifaq, məzhəbçilik, hətta regionçuluq salan – kişi kimi danışan qadınlar və qadın kimi danışan kişilərdir. Kimsə deyə bilər ki, bu, təkcə Azərbaycana aid tendensiya deyil, bütün dünyada zövqlər, tələblər, baxışlar dəyişir. Bəli, elədir. Amma bizim cəmiyyətin böyük hissəsi hələlik o qədər zövqsüz, savadsız, bərbad vəziyyətdə deyil ki, onun “ictimai rəy liderləri” yuxarıda bəhs etdiyimiz “qəhrəmanlar” olsunlar. Sadəcə, meydan bilərəkdən, yaxud bilmədən belələrinin ixtiyarına verilib və bu vəziyyətin yaranmasında maddi təminatlarını digər dəyərlərin üzərinə çıxaran ziyalıların - “kollektiv Anar”-ın məsuliyyəti olduqca yüksəkdir…

Azərbaycan ədəbiyyatının hələ SSRİ-nin ən kəskin dövrlərində Məmməd Araz, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov və digər çoxsaylı təmsilçiləri olub ki, öz şəxsiyyətlərilə seçiliblər, Azərbaycan insanının səsini, ruhunu, mövqeyini, fikrini, ən yüksək mərtəbələrə və dünyaya çatdırıblar. İndi belə nümunələr nə qədərdir?

Bu günlərdə Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 15-20 il əvvəl də ölkəmizə səfərində Bəxtiyar Vahabzadənin şeirlərini deyirdi, bu gün də onun misralarını deyir. Niyə? Ədəbiyyatımız daha bu cür şairləri, yazıçıları, ideya adamlarını yetişdirə bilmirmi? Bilmirsə, niyə bilmir, yox, bilirsə, niyə onlar üzə çıxarılmır?

Əlbəttə, iddia etmək olmaz ki, ədəbiyyatımızın vəziyyətinin ölçü vahidi məhz bu səfərlərdə deyilən şeirlər olmalıdır. Xeyr. Lakin bunsuz da vəziyyət ortadadır – insanlarımızın inandığı, səmimi olaraq millət, xalq təəssübkeşliyi gördüyü, sözünə, fikrinə, mövqeyinə hörmət etdiyi yazıçılar, şairlər, eləcə də elm və mədəniyyət xadimləri – bir sözlə ziyalılar barmaqla sayılacaq qədər azdır.

Bəli, Anar, əslində, əvvəldə qeyd etdiyimiz mədəniyyətlə bağlı fikirlərində tamamilə haqlıdır. Lakin kənara çəkilib ayda-ildə bir dəfə həqiqətə bənzəyən nəsə deməklə iş bitmir. Hətta sınmış, əqrəbləri dayanmış saat belə, gündə iki dəfə vaxtı düz göstərir.

Odur ki, ziyalılarımızın həqiqətləri daha tez-tez dilə gətirməsi, problemləri və onlardan çıxış yollarını göstərməsi lazımdır. Bunları zamanında etmədiyiniz üçün bu gün mədəniyyətin vəziyyətindən şikayətlənməyə də dəymir, Anar müəllim. Çünki prinsiplər maraqlara qurban veriləndə belə olur…

Təsadüfün bu qədəri! Putinin nəvəsinin atası “Zelenski” çıxdı
Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın balet artisti İqor Zelenski ilə münasibətindən oğlan uşağının olduğu iddia edilir. Rusiyanın araşdırmaçı jurnalistika qurumu “Agentstvo”nun sızdırılmış əhali qeydiyyatı sənədlərinə əsaslanan məlumatına görə, 2025-ci il avqustun 15-də Moskvada dünyaya gələn uşağa atasının deyil, anasının soyadından törəyən Tixonov soyadı verilib. İqor Zelenskinin soyadının Ukrayna Prezidenti Volodimir Zelenskinin soyadı ilə eyni olması isə diqqət çəkib.

Vladimir Putinin ailəsi ilə bağlı yeni təfərrüatlar “Agentstvo”nun yaydığı araşdırmadan sonra gündəmə gəlib. Qurumun əldə etdiyi əhali qeydiyyatı sənədlərinə əsasən, Putinin qızı Katerina Tixonova 2025-ci il avqustun 15-də Moskvada Adrian adlı oğlan uşağı dünyaya gətirib. Məlumatda uşağın atasının rusiyalı balet artisti İqor Zelenski olduğu bildirilir.

Musavat.com xəbər verir ki, “Agentstvo”nun əldə etdiyi sənədlərdə uşağın adı Adrian İqoreviç Tixonov kimi qeyd olunub. Beləliklə, uşağın atasının olduğu bildirilən Zelenskinin soyadını deyil, anasının Tixonova soyadının kişi forması olan Tixonovu daşıdığı məlum olub.

Doğum şəhadətnaməsi 11 ay sonra verilib

Araşdırmada diqqət çəkən məqamlardan biri də uşağın doğumunun rəsmiləşdirilməsinin gecikməsidir. “Agentstvo”nun araşdırdığı sənədlərə görə, doğumla bağlı ilkin qeyd Kremlin tabeliyindəki Prezident İşləri İdarəsinin Mərkəzi Klinik Xəstəxanası tərəfindən aparılıb.

Lakin Moskvanın Çertanovo qeydiyyat şöbəsi uşağın rəsmi doğum şəhadətnaməsini yalnız 2026-cı il iyulun 10-da, doğumundan təxminən 11 ay sonra verib.

“Agentstvo” Rusiyada doğumun bir ay ərzində qeydə alınmalı olduğuna diqqət çəkərək, bu qədər gecikmənin səbəbinin məlum olmadığını bildirib. Gecikmənin uşağın doğumunun gizli saxlanılması istəyi və ya valideynlərin fərqli soyadlardan istifadə etməsi ilə bağlı rəsmiləşdirmə prosedurlarından qaynaqlana biləcəyi ehtimal olunur. Lakin bu versiyaları təsdiqləyən konkret məlumat yoxdur.

Uşağa niyə atasının soyadı verilməyib?

Sənədlərdə diqqət çəkən digər məqam İqor Zelenskinin soyadının uşağa verilməməsidir. Adriana anasının soyadından törəyən Tixonov soyadı verilib. Bu qərarın səbəbi isə hələlik açıqlanmayıb.

İqor Zelenskinin soyadının Ukrayna Prezidenti Volodimir Zelenskinin soyadı ilə eyni olması beynəlxalq mətbuatda da diqqət çəkir. Bununla belə, iki şəxs arasında məlum qohumluq əlaqəsi yoxdur.

“Agentstvo” uşağın niyə atasının soyadını daşımadığına dair dəqiq nəticəyə gələ bilməyib. Vladimir Putinin bu məsələ ilə bağlı göstəriş verdiyini təsdiqləyən hər hansı sübut da ortaya qoyulmayıb.

Onların münasibəti 2022-ci ildə üzə çıxmışdı

Katerina Tixonova ilə İqor Zelenski arasındakı münasibət daha əvvəl də araşdırmaçı jurnalistlərin diqqətini çəkib.

Rusiyanın “iStories” araşdırma qurumu ilə Almaniyanın “Der Spiegel” jurnalı tərəfindən 2022-ci ildə yayımlanan birgə araşdırmada Tixonovanın 2017-2019-cu illərdə Münhenə tez-tez səfər etdiyi və cütlüyün bir qız övladının olduğu iddia edilmişdi.

Araşdırmada İqor Zelenskinin 2016-cı ildə Münhendəki Bavariya Dövlət Baletinin rəhbəri təyin edildiyi, 2022-ci ildə isə vəzifəsindən ayrıldığı da qeyd olunmuşdu. Onun vəzifədən getməsi ailə səbəbləri ilə əlaqələndirilmişdi.

Sonrakı araşdırmalarda cütlüyün 2017-ci ildə dünyaya gələn qızının adının Elza olduğu da gündəmə gətirilmişdi.

Putinin ailəsi haqda məlumatlar gizli saxlanılır

Vladimir Putinin şəxsi həyatı və ailəsi uzun illərdir Kremlin ictimaiyyətə açıqlamaqdan çəkindiyi mövzular sırasındadır.

Putinin Katerina Tixonova və Mariya Vorontsova adlı iki qızının olduğu məlumdur. Bundan başqa, keçmiş gimnast Alina Kabayeva ilə münasibətindən övladlarının olduğu barədə də müxtəlif araşdırmalar dərc edilib.

Kreml Putinin şəxsi həyatı və ailəsi ilə bağlı bu iddiaları rəsmi şəkildə təsdiqləməyib. “Agentstvo”nun sızdırılmış əhali qeydiyyatı sənədlərinə əsaslanan son araşdırması isə Rusiya prezidentinin ailəsi haqqında indiyədək ictimaiyyətə açıqlanmayan məlumatları yenidən gündəmə gətirib.

Musavat.com

Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir – 47 ildir beləsi görünməmişdi
Bakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir.

Şimal qütbü üzərindəki qütb burulğanında rekord dərəcədə erkən zəifləmə, Sakit okeanda isə El Ninonun güclənməsi qarşıdakı aylarda hava şəraitinin necə olacağı ilə bağlı suallar yaradıb. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hava dalğalarının baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Bəs Azərbaycanda qış sərt keçəcək?

Musavat.com xəbər verir ki, Şimal yarımkürəsində qış fəslinin necə keçəcəyinə dair proqnozlar atmosferdə baş verən qeyri-adi dəyişikliklər səbəbindən yenidən nəzərdən keçirilir.

Bakıda külək, yağış, bəzi bölgələrdə isə qar...

Hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləkan rayonlarında yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 28 metrə, Mingəçevirdə isə 24 metrə qədər güclənib.

Paytaxtda temperaturun aşağı düşməsi, külək və yağış qışın yaxınlaşması ilə bağlı müzakirələri də aktuallaşdırıb.

Qütb burulğanında tarixi zəifləmə

Şimal qütbünün şaxtalı havasını ətrafında saxlayan qütb burulğanında rekord dərəcədə erkən zəifləmə baş verib. Normal şəraitdə yanvar-mart ayları arasında müşahidə olunan böyük qəfil stratosfer isinməsi hadisəsi bu il artıq noyabrda qeydə alınıb. Əvvəllər belə hadisələrin ən erkən tarixi noyabrın 28-i olub.

Atmosferin təxminən 16-48 kilometr yüksəklikdə yerləşən qatında baş verən dəyişiklik qütb burulğanını formalaşdıran güclü küləklərin zəifləməsinə və istiqamətini dəyişməsinə səbəb olur.

Nəticədə Şimal qütbü ətrafındakı soyuq hava kütlələrinin daha cənubdakı ərazilərə yayılması ehtimalı artır. Bu proses Avropa və Şimali Amerikada temperaturun kəskin enməsinə şərait yarada bilər. Bu səbəbdən Avropa bu qışda 1978-79-cu illərdə yaşanan və "əsrin qışı" kimi tanınan dövrə bənzər həddindən artıq soyuq dalğalarla qarşılaşa bilər.

El Nino qış proqnozlarını dəyişir

Qütb burulğanının zəifləməsi sərt qış ehtimalını artırsa da, Sakit okeanda güclənən El Nino fərqli təsir göstərə bilər.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) noyabrın 12-də açıqladığı qiymətləndirməyə görə, El Ninonun 2027-ci ilin ilk aylarınadək güclü və ya çox güclü səviyyədə davam etməsi ehtimalı 79 faizdən çoxdur.

El Nino okean səthində temperaturun yüksəlməsi nəticəsində atmosfer dövranını dəyişdirir, dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminə təsir göstərir.

Ekspertlərin bir qismi güclü El Ninonun qütb burulğanındakı zəifləmənin səbəb ola biləcəyi kəskin soyuqları məhdudlaşdıra biləcəyini düşünür. Bununla belə, alimlər bu iki atmosfer hadisəsinin eyni vaxtda baş verməsinin qış proqnozlarını daha da mürəkkəbləşdirdiyini bildirirlər.

Noyabrın sonu, dekabrın əvvəlinə diqqət

Qütb burulğanındakı qeyri-adi dəyişikliklərin ilk təsirlərinin Şimali Amerika və Avropada müşahidə olunmağa başladığı bildirilir.

ABŞ-ın şərqində temperaturun noyabr ayı üzrə orta göstəricilərdən 4-8 dərəcə aşağı düşəcəyi gözlənilir. Şimali Avropada da oxşar soyuq hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.

Massaçusets Texnologiya İnstitutunun (MIT) iqlimşünası Cudah Koen əsas təsirlərin hələ qarşıda ola biləcəyinə diqqət çəkib. Ekspertlərin fikrincə, noyabrın sonu və dekabrın əvvəlində Avropanın şimalında və Şimali Amerikanın şərqində daha güclü soyuq hava dalğaları baş verə bilər.

Viskonsin-Medison Universitetinin meteoroloqu Andrea Lopez Lanq El Ninonun bu qış atmosferə təsirinin kifayət qədər güclü ola biləcəyini düşünür.

MIT-dən Cudah Koen isə El Ninonun təkbaşına həlledici olmayacağını, qütb burulğanındakı dəyişikliklərin də soyuq hava dalğalarının yaranmasında mühüm rol oynayacağını vurğulayır.

Azərbaycanda qış necə keçəcək?

Avropada atmosfer dövranında baş verə biləcək dəyişikliklər Azərbaycan üçün də əhəmiyyət daşıyır. Qütb mənşəli soyuq hava kütlələrinin ölkəmizə doğru hərəkət etməsi temperaturun aşağı düşməsinə səbəb ola bilər.

Lakin hazırkı qiymətləndirmələr Azərbaycanda qışın sərt keçəcəyini və ya intensiv qar yağacağını qəti şəkildə deməyə əsas vermir. Soyuq havanın hansı bölgələrə təsir edəcəyi qarşıdakı həftələrdə formalaşacaq təzyiq sistemlərindən və atmosferdəki küləklərin istiqamətindən asılı olacaq.

Ekspertlər qütb burulğanının yenidən güclənə biləcəyini, lakin qış boyunca yeni zəifləmələrin də baş verə biləcəyini bildirirlər.

Beləliklə, Bakıda müşahidə olunan hazırkı küləkli və yağışlı hava qışın necə keçəcəyinə dair yekun nəticə çıxarmaq üçün kifayət deyil. 2026-2027-ci illərin qışının sərt, yoxsa mülayim olacağını müəyyənləşdirmək üçün qarşıdakı həftələrdə atmosfer proseslərinin inkişafını izləmək lazım gələcək.

AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi
Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.

Bu barədə “AzPolitika”ya “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

“Bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.

Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur”.

Qeyd edək ki, hazırda AZAL şəhərin Sabiha Gökçen Beynəlxalq Hava Limanı və İstanbul Beynəlxalq Hava Limanına (IST) uçuşlar həyata keçirir.

Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək - XƏBƏRDARLIQ
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə "Bakupost"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Noyabrın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.

Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
2027-ci ilin dövlət büdcəsi layihəsində kənd təsərrüfatına 1 milyard 379 milyon manat, təhsil xərclərinə isə 5 milyard 99 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

"AzPolitika" Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, kənd təsərrüfatına ayrılması nəzərdə tutulan 1 milyard 379 milyon 487 min manat vəsait əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aqrar istehsalın və fermer təsərrüfatlarının inkişafına, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsinə, məhsuldarlığın artırılmasına və meliorasiya sahəsinə yönəldiləcək.

Təhsil xərclərinə ayrılması nəzərdə tutulan 5 milyard 99 milyon manat vəsait isə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ali təhsilin inkişafına və elmi tədqiqatlarla inteqrasiyasına sərf olunacaq. M.Qasımlının sözlərinə görə, vəsaitin bir hissəsi peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, rəqəmsal təhsilin inkişafına, müasir texnologiyaların tətbiqinə və təhsil infrastrukturunun təkmilləşdirilməsinə yönəldiləcək.

O qeyd edib ki, ölkənin elmi potensialının gücləndirilməsi və elmi nəticələrin iqtisadiyyata tətbiqinin yaxşılaşdırılması məqsədilə elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulub.

Bu vəsait elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, təhsil və elmin iqtisadi inkişafla əlaqələndirilməsinə sərf ediləcək. Deputat bildirib ki, büdcə layihəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə 4 milyon 700 min manat vəsait ayrılması nəzərdə tutulub.

Onun sözlərinə görə, həmin vəsait məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərilməsinə, insan alverinin qurbanlarına kömək edilməsinə, erkən nikah hallarının qarşısının alınmasına, sağlamlıq imkanları məhdud olan uşaqlarla sosial və psixoloji işin təşkilinə yönəldiləcək.

Marketlərdə müştərilər endirim adı altında belə aldadılır - Təhlükə ilə bağlı XƏBƏRDARLIQ
Mağazalarda vaxtı keçmiş məhsulların satılması, alıcıya malın çəkisi, qiyməti və keyfiyyəti barədə yanlış məlumat verilməsi istehlakçı hüquqlarının pozulması hesab olunur. Qanunvericiliyə əsasən, belə hallara yol verən fiziki və hüquqi şəxsləri kifayət qədər yüksək məbləğdə cərimələr gözləyir. Fiziki şəxslər 500 manatadək, vəzifəli şəxslər 2 min manatadək, hüquqi şəxslər isə 6 min manatadək cərimələnə bilərlər. Bəs mağazalarda vaxtı keçmiş məhsulların satılması, tərəzidə alıcıların aldadılması və qiymət hesablamalarında saxtakarlıq hallarına görə nəzərdə tutulan cərimələr nə dərəcədə çəkindiricidir? Bu cərimələrin artırılmasına, yoxsa satış obyektlərinə nəzarətin gücləndirilməsinə ehtiyac var?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan qida eksperti İlkin Şirinov bildirib ki, mağazalarda vaxtı keçmiş və ya yararlılıq müddəti bitmək üzrə olan məhsulların satılması, istehlakçıya məhsulun çəkisi, qiyməti və keyfiyyəti barədə yanlış məlumat verilməsi ciddi problemdir:

"Lakin bu məsələyə yalnız marketin məsuliyyəti kimi yanaşmaq da düzgün deyil. Burada istehsalçıdan və distribütordan başlayaraq məhsulun daşınması, anbara daxil olması, marketə təhvil verilməsi, saxlanması və istehlakçıya təqdim edilməsinə qədər bütöv bir təchizat zəncirindən söhbət gedir. Əlbəttə, marketin öz daxilində də ciddi nəzarət olmalıdır. Vaxtı keçmiş məhsulun rəfdə qalması və satışa çıxarılması yolverilməzdir. Market məhsulu qəbul etdiyi andan onun yararlılıq müddətinə, qablaşdırılmasına, saxlanma şəraitinə və digər göstəricilərinə nəzarət etməlidir. Vaxtı keçmiş məhsul aşkarlanırsa, dərhal satışdan çıxarılmalı və istehlakçıya təqdim olunmalıdır. Amma digər tərəfdən, marketə məhsulu təqdim edən istehsalçı və distribütor şirkətlərin məsuliyyəti də ciddi şəkildə qiymətləndirilməlidir. Bəzən yararlılıq müddətinin bitməsinə az qalmış məhsullar başqa, yararlılıq müddəti normal olan məhsullara “bağlama” adı altında birləşdirilərək marketlərə təqdim edilir. Burada söhbət marketin özünün hazırladığı endirimli bağlamalardan getmir. Market öz daxilində məhsulları birləşdirərək kampaniya və endirim edə bilər. Problem distribütorun öz anbarında satış müddəti az qalmış məhsulları digər məhsullarla birlikdə “bağlama” kimi marketə təqdim etməsindən gedir. Belə bağlamalar distribütor üçün məhsul satışını sürətləndirə bilər. Amma marketə əlavə reputasiya qazandırmır. Əksinə, həmin məhsullardan hər hansı birində keyfiyyət problemi yarandıqda istehlakçı distribütor şirkəti deyil, məhsulu aldığı marketi tanıyır və ilk növbədə marketə müraciət edir. Nəticədə distribütor məhsulunu satır, amma market öz müştərisi qarşısında etibar itkisi ilə üzləşir".

Ekspertin sözlərinə görə, digər ciddi məsələ məhsulların daşınması zamanı temperatur rejiminə əməl edilməməsidir:

"Xüsusilə, toyuq və digər ət məmulatları, kolbasa, süd məhsulları, tortlar, kremli və mayalı şirniyyatlar temperatur rejiminin pozulmasına həssasdır. Məhsul daşınarkən tələb olunan temperatur şəraitinə əməl edilmədikdə onun keyfiyyətində dəyişiklik yarana, xarab olma və sağlamlıq üçün risklər meydana çıxa bilər. Məhsul marketə sağlam vəziyyətdə daxil olsa belə, onun düzgün saxlanılmaması da problem yaradacaq. Anbarlarda və satış sahələrində temperatur və rütubət rejiminin pozulması nəticəsində məhsullarda kiflənmə, xarab olma və digər keyfiyyət dəyişiklikləri baş verə bilər. Xüsusilə şirniyyatlarda, tortlarda, ət və ət məhsullarında belə hallara yol verilməsi istehlakçı üçün ciddi risk yaradır. Bəzən isə istehlakçı məhsulda problemin mənbəyini bilmir. O, məhsulu marketdən aldığı üçün bütün məsuliyyəti onun üzərinə atır. Buna görə də marketlər distribütor şirkətlərə kor-koranə etibar etməməli, məhsul qəbul edilərkən yararlılıq müddətini, qablaşdırmanı, daşınma şəraitini və temperatur rejimini yoxlamalıdır".

İlkin Şirinov əlavə edib ki, istehlakçı hüquqlarının pozulmasına görə cərimələrin nəzərdə tutulması vacibdir. Lakin yalnız cərimələrin məbləğini artırmaq problemin həlli deyil:

"Əsas məsələ pozuntuların əvvəlcədən qarşısının alınması və nəzarət mexanizmlərinin işlək olmasıdır. Təkrar və qəsdən törədilən pozuntulara daha sərt yanaşılmalı, xüsusilə istehlakçının sağlamlığı üçün risk yaradan hallarda məsuliyyət mexanizmi daha ciddi tətbiq edilməlidir. Nəzarət yalnız marketin rəfləri ilə məhdudlaşmamalıdır. Məhsulun harada istehsal edildiyi, kim tərəfindən distribusiya olunduğu, necə şəraitdə daşındığı, hansı anbarda saxlandığı və marketə hansı vəziyyətdə təhvil verildiyi də araşdırılmalıdır. Çünki istehlakçı üçün məhsulun arxasında hansı distribütorun dayandığı çox vaxt məlum deyil. O, məhsulu marketdən alır və problem yarananda da onu məsul tutur. Buna görə də market öz nəzarət mexanizmini gücləndirməli, distribütor isə məhsulun keyfiyyətinə vicdanla yanaşmalıdır. Ən vacibi isə budur: ərzaq məhsulunun satışı sadəcə kommersiya fəaliyyəti deyil. Burada insan sağlamlığı məsələsi var. Məhsulun vaxtı, çəkisi, qiyməti, saxlanması və keyfiyyəti ilə bağlı istehlakçının aldadılması yolverilməzdir. Bütün təchizat zəncirinin iştirakçıları öz məsuliyyətini dərk etməli və əsas meyar kimi istehlakçının hüququnu və sağlamlığını götürməlidirlər".

Valideynin cəzası 200 manatdır, bəs uşağın yaşadığı travma? - MÜHÜM AÇIQLAMA
Uşağın tərbiyə edilməsi və intizamının qorunması heç bir halda fiziki və psixoloji zorakılığa haqq qazandırmır. Qanunvericiliyə əsasən, uşağa qarşı bu cür davranışlara yol verən valideynlər və digər məsul şəxslər 200 manat məbləğində cərimələnə bilərlər. Lakin uşağın döyülməsi, təhqir edilməsi və psixoloji təzyiqə məruz qalması kimi hallarda 200 manatlıq cərimə nə dərəcədə çəkindirici ola bilər? Kiçik məbləğli cərimə ilə uşaqlara qarşı zorakılığın qarşısını almaq mümkündürmü, yoxsa daha sərt tədbirlərə ehtiyac var?

Mövzunu "Azpolitika"ya şərh edən sosioloq Nail Cəlil bildirib ki, valideynin övladına qarşı rəftarına görə cərimələnməsi məsələsi olduqca həssas və mürəkkəb bir hüquqi-sosial prosesdir. Bu mexanizmin necə müəyyən ediləcəyi, prosedurların və hüquqi çərçivənin dəqiq təyin olunması vacibdir:

"Valideyn uşağın gələcəyinə görə birbaşa məsuliyyət daşıyır və onun tərbiyəsində mühüm tərəf kimi çıxış edir. Bu baxımdan tərbiyə prosesində istiqamət vermək, anlatmaq, başa salmaq, hətta müəyyən mənada məzəmmət və tənbeh etmək valideynin təbii haqqı kimi başa düşülməlidir. Lakin bu təsir və təzyiqin də müəyyən bir ölçüsü, qaydası və çərçivəsi olmalıdır. Əgər tətbiq edilən təzyiq məqsədyönlü şəkildə uşağın şəxsiyyətini alçaltmağa yönəlibsə, onun hüquqlarını həddindən artıq məhdudlaşdırırsa və uşaq davamlı olaraq sərt rəftara, qısnamaya məruz qalırsa, cəza mexanizmlərinin tətbiqi məqsədəuyğundur. Beynəlxalq praktiki təcrübədə belə hallarda uşaqların valideyn himayəsindən alınaraq dövlət qayğısına verilməsi halları mövcuddur. Düzdür, hansısa valideynin öz övladına bilərəkdən işgəncə verəcəyinə inanmaq çətindir. Lakin narsistik xüsusiyyətli valideynlər tapılır ki, uşağı öz istədikləri kimi yönəltməyə çalışır və bununla da övlada güclü şəxsiyyət kimi tərbiyə verdiyini iddia edir. Lakin bu iddialar işgəncəyə yol açmamalıdır. Valideyn uşağın yaşını, imkanlarını, qabiliyyətini və xarakterini nəzərə almalıdır. Hətta dini-mənəvi dəyərlər də tələb edir ki, uşaq fiziki şiddət və təzyiqə məruz qoyulmasın. Azyaşlıları təhlükədən, oddan, sudan, yıxılmaqdan qorumaq valideynin təbii haqqı və borcudur. Lakin uşağı mənəvi sıxmaq, alçaltmaq və dözümsüzlük göstərmək valideynlik adı ilə bir araya sığmır".

Ətraflı

Ad - 00:07

Ekspertin sözlərinə görə, cərimə məsələsi aktual görünə bilər, lakin bu, problemi kökündən həll edən mexanizm deyil:

"Cərimə az və ya çox ola bilər, vəziyyəti yalnız qismən dəyişər. Əgər mühitdə birbaşa şiddət, uşağın həyatına təhlükə və ya ictimai təhlükəli davranış varsa, bu hal inzibati cərimə ilə sınırlana bilməz. Burada cinayət məsuliyyəti yarana bilər və qanunun valideynlik hüquqlarının məhdudlaşdırılması kimi daha təsirli mexanizmləri işə düşməlidir. Qeyd olunmalıdır ki, bu hüquqi məsuliyyət yalnız valideynlərlə məhdudlaşmır. Uşağın yaxın çevrəsində olan, ona oxşar statusda təsir göstərən digər ailə üzvləri, bacı, qardaş, əmi, dayı, bibi və digər qohumlar tərəfindən edilən təzyiqlər də eyni hüquqi və mənəvi məsuliyyəti yaradır. Yaxınları tərəfindən psixoloji və ya fiziki təzyiqə məruz qalan şəxslərin gələcəyi mənfi nüanslar üzərində qurulur. Belə mühitdə böyüyən şəxslər gələcəkdə valideyn olarkən şüuraltı düşünürlər: "Əgər mənə qarşı bu üsul tətbiq olunubsa və belə səviyyəyə çatmışamsa, deməli övladımı da eyni metodu tətbiq edərək böyütməliyəm". Bu, tamamilə yanlış bir yanaşmadır. İnsan öz gördüyü çətinliyi və travmanı deyil, asanlığı və sağlam tərbiyə modelini övladına ötürməyi bacarmalıdır. Tərbiyədə mənəvi dəyərlər, təhsil və fiziki məşğələlər vacibdir, lakin bu amillər valideynə fiziki şiddətdən və psixoloji təzyiqdən tərbiyə vasitəsi kimi istifadə etmək hüququ vermir".

Sosioloq əlavə edib ki, valideynin iş yorğunluğu, sosial-iqtisadi qayğılar və ya gündəlik gərginlik səbəbindən acığını övladından çıxması humanitar baxımdan başa düşüləndir, lakin qətiyyən qəbul olunan deyil. Valideyn öz daxili narahatlığını ailəyə və övladına yansıtmamalıdır:

"Tərbiyə elə qurulmalıdır ki, uşaq valideynində yalnız müsbət cəhətləri görsün və onun sözünü əsas avtoritet kimi qəbul etsin. Hər bir övlad inkişafının müəyyən bir mərhələsində valideynini ideallaşdırır. Əgər bu model şiddət və alçaldılma nəticəsində sarsılarsa və uşaq xəyal qırıqlığına uğrayarsa, belə hal gələcəkdə onun bir şəxsiyyət kimi sınmasına, ikişəxsiyyətli sindromun formalaşmasına, infantilizmə (məsuliyyətdən qaçmaya) və ya kəskin aqressiyaya yol açar. Bütün bu amillər nəzərə alınmalı, valideynlərə təkcə cəza mexanizmləri deyil, emosional idarəetmə və uşaq psixologiyası mövzusunda davamlı mənəvi, hüquqi və maarifləndirmə dəstəyi təmin edilməlidir".