Cavanşir Vəliyev: Azərbaycan 44 gündə ləyaqətli müharibə apardı və hərbi cinayətə yol vermədi

  • 18-08-2021, 09:56
  • 616
Cavanşir Vəliyev: Azərbaycan 44 gündə ləyaqətli müharibə apardı və hərbi cinayətə yol vermədi


Yaxşıya yaxşı demək vicdan borcudur.Istər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.

Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyev - Ermənistan 44 günlük müharibədən ciddi nəticə çıxarmalıdır. Cənab Prezident CNN TÜRK kanalına verdiyi müsahibəsində növbəti dəfə Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxartmalıdır və təxribatlara son qoymalıdır. Azərbaycanın mövqeyi məlumdur. Əgər, Ermənistan sülhə hazırdırsa, Azərbaycan da sülh müqaviləsini imzalamağa hazırdır. Əgər, Ermənistan müharibə istəyirsə, Azərbaycan da müharibəyə hazırdır. Ermənistan öz mövqeyini konkret və qəti şəkildə bildirməlidir. Qarabağda yenidən silahlanmaya, oraya silahların gətirilməsinə son qoyulmalıdır. Əgər Ermənistan bunu etməsə, Azərbaycan Ermənistanı çox ciddi şəkildə növbəti dəfə cəzalandıracaq.

Cənab Prezident vurğuladı ki, sülhməramlıların missiyası konkret olaraq bölgədə sülhün təmin olunmasına töhfə verməkdir. Onların gözləri qarşısında Ermənistan tərəfinə silahların ötürülməsi, qeyri-qanuni silahlı qüvvələrin yenidən silahlandırılması yolverilməzdir. Bu üçtərəfli razılaşma Rusiya tərəfinin vasitəçiliyi ilə imzalanıb. Bu gün də Rusiya tərəfinin vəzifələrindən biri də ondan ibarətdir ki, bu prosesi yekunlaşdırsın. Əgər, yenidən bu təxribatlar davam etsə, Azərbaycan öz mövqeyini bildirəcək.

10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan bəyannamədə qeyd olunan Zəngəzur dəhlizi məsələsi ilə bağlı ölkə başçısı Aİ-nın nə qədər maraqlı olduğunu xüsusilə qeyd etdi. Cənab Prezident həmçinin Rusiya və Azərbaycan əlaqələrinə toxundu. Burada bir mesaj xüsusilə mənim diqqətimi çəkdi. Orda dedi ki, Rusiya ilə Azərbaycan qonşu, amma Rusiya ilə Ermənistan strateji müttəfiqdir. Bu olduqca önəmli faktor idi. Azərbaycan ilə Türkiyənin stratejik müttəfiq olduğunu cənab Prezident açıqladı. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından necə Azərbaycana dəstək verməsini, ümumiyyətlə Cənab Prezidentin Türkiyənin siyasi, mənəvi dəstəyini vurğulaması olduqca önəmli faktordur.

Mən hesab edirəm ki, ölkə başçısının 57 dəqiqəlik çıxışı olduqca maraqlı idi və burada təhlil olunası məsələlər çoxdur. Ölkə başçısının rus sülhməramlılarına, dolayısı ilə Rusiyaya mesaj ötürməsi, sülhməramlıların Qarabağ ərazisində atdığı neqativ addımlardan narahatlıq hissi keçirdiyimizi bildirməsi əslində Rusiyaya mesaj idi. Digər bir narahatlıqdan - Ermənistanın mina xəritələrini verməməsi, verilən xəritələrin isə 25 faizə qədər doğru olmasından Cənab Prezidentin bəhs etməsi diqqətçəkən məqam idi.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    İlham Əliyev: “Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır”
    Peyvəndin yaradıcısı özü niyə vaksin vurdurmayıb? -
    İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”
    Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin təməli qoyulacaq
    İlham Əliyev: “Azərbaycan İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb”
    Xalq şəhidlərini anır - VİDEO
    Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı
    Ali Baş Komandan xalqa müraciət edir - Canlı yayım
    Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI
    Vətən Müharibəsi Şəhidlərinə yeni mahnı həsr olunub – VİDEO
    Vətən Müharibəsi belə başladı - Video
    İlham Əliyevdən Anım Günü ilə bağlı paylaşım - FOTO
    Bu gün Azərbaycanda Anım Günüdür
    Biləsuvarlı Murov qartalı - foto
    Bakıda maşınları əzərək polisdən qaçan avtoxuliqan saxlanıldı - VİDEO
    ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb
    Hazırda çaylarda sel və daşqın hadisəsi müşahidə olunur
    Sülhməramlıların komandiri yenə dəyişdi - FOTO
    Rusiya və Türkiyə gəmiləri toqquşdu - FOTOLAR/YENİLƏNİB
    Ceyhun Bayramov Ermənistan xarici işlər naziri ilə görüşüb
    Ağdamın Ətyeməzli kəndi - VİDEO
    İlham Əliyev:
    İlham Əliyev Putinlə danışıqlarının detallarını açıqlayıb
    Azərbaycan lideri:
    Prezident Zəngilan və Şuşa sakinlərinin köçürüləcəyi vaxtı açıqladı
    Prezident: “Paytaxt Bakı Ermənistanın raket hücumlarının hədəfi idi”
    İlham Əliyev İraqın neft nazirini qəbul edib
    Azərbaycan Prezidenti:
    İlham Əliyev:
    Məktəblərdə şəhid Cəbrayıl Dövlətzadə adına sinif otaqları yaradılıb - FOTO
    Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılması şərtlərindən danışdı
    Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb
    İlham Əliyev: “Biz 44 günlük müharibə ərzində daha bir ordu korpusu formalaşdırdıq”
    Jirinovski: Ermənilərə dəstəyi dayandırın!
    İlham Əliyev:
    Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edir - VİDEO
    Sabahın hava proqnozu AÇIQLANDI
    Bu rayonlara güclü yağış yağır - Sel və daşqın var
    Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
    DİN əməliyyat keçirdi, 27 nəfər saxlanıldı
    İngiltərə baş naziri Boris Consondan Ərdoğanla görüşündə şok etiraflar
    ŞOK: Erməni məhsulları İran vasitəsi ilə AZƏRBAYCAN BAZARINDA!!! - PƏRDƏARXASI MƏQAMLAR
    Kumandan etiraf: “Messi nöqsanlarımızı örtürdü”
    Bakıda təhlükəli manevrlər edən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
    Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb
    Qudasını vuran şəhid atası saxlanıldı
    Ukraynada “Bayraktar” istehsal edən zavod tikiləcək
    Rusiyada koronavirusun yeni ştamı aşkar olundu
    Bu ərazilərdə su olmayacaq - SİYAHI
    Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək
    Azərbaycanın Baş prokuroru Qazaxıstanda səfərdədir
    Avro və və lirə ucuzlaşdı - Rəsmi məzənnə
    Azərbaycanda iyrənc hadisə: Ata iki qızına təcavüz etdi
    Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - Rəsmi
    Rusiyada radarlardan itən hərbi təyyarənin qalıqları tapıldı
    Ərdoğan Paşinyana “sınaq müddəti” qoyub - Türkiyə Ermənistanı Rusiyanın əlindən alır?
    Azərbaycana payız gəldi
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir