ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO

  • 1-12-2020, 15:31
  • 33
ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


Torpaqların işğaldan azad olunması hər kəsi sevindirir. İllərin həsrəti bitib. Lakin bəzi insanların səbirsiz davranışları, sevinclərini həyatlarını riskə ataraq yaşamaları bu sevincə kədər qatır.
Son günlər vətəndaşlarımızın işğaldan azad olunan dədə-baba torpaqlarına qeyri-leqal yollarla girməsi bədbəxt hadisələrin yaşanmasına səbəb olub. Çünki, bu ərazilər hələ düşmənlərin yerləşdirdiyi minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan tam təmizlənməyib və təhlükəsiz səfərlər üçün hələ tam şərait yaradılmayıb.

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


Məsələ ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovla həmsöhbət olduq.

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


Oxu.az ANAMA-nın direktoru Qəzənfər Əhmədovla müsahibəni təqdim edir:

- Təəssüf ki, bu gün işğaldan azad olunmuş ərazilərə giriş qadağan olunsa da, vətəndaşlar bu çağırışlara məhəl qoymur.

- Bəli, çox üzücü bir mövzudur ki, vətəndaşlarımız xəbərdarlıqlara məhəl qoymadan həm özlərinin, həm də yaxınlarının həyatını təhlükəyə atmağa davam edirlər. Bu günə qədər vətəndaşların qeyri-leqal şəkildə işğaldan azad olunan ərazilərə girişi nəticəsində bədbəxt hadisələr qeydə alınıb.

İlk dəfə noyabrın 14-də saat 16:30 radələrində iki vətəndaşımız Füzuli rayonun işğaldan azad olunan Alxanlı kəndinə, mülki əhalinin girişinin qadağan olunduğu təhlükəli əraziyə daxil olublar. Məlum olub ki, onlar iki qardaş – Yasin Əhmədov və Asif Əhmədov olub.

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


İki qardaş minaya düşüblər və nəticədə onlardan biri yerində ölüb, digəri isə ağır yaralanıb. Dərhal əraziyə ANAMA-nın əməkdaşları göndərilib. Xilasetmə əməliyyatı zamanı ANAMA-nın öz əməkdaşı vəzifə borcunu yerinə yetirən zaman Asəf Quliyev düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb. Nəticədə aldığı xəsarət səbəbindən sol ayağı topuq nahiyəsindən amputasiya olunub. Bu kimi halların yaşanmaması üçün aidiyyəti qurumların, eləcə də bizim tərəfimizdən əhaliyə müraciət edilir.

- Bu kimi hallarla bağlı konkret faktların sayı varmı?

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


Əslində bu kimi faktların sayının artmasını istəmirik. Amma daha bir fakt noyabrın 28-i saat 15:10 radələrində Füzuli rayonun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində yenə də mülki əhalinin girişinin qadağan olunduğu ərazidə bədbəxt hadisə qeydə alınıb. Bu barədə ANAMA-ya daxil olan müraciət əsasında, xilasetmə operativ əməliyyat axtarış qrupu hadisənin baş verdiyi əraziyə yollanıb.

Aparılan tədqiqat zamanı “Toyota” markalı avtomobilin iki ədəd tank əleyhinə minaya düşərək partladığı məlum olub. Hadisə nəticəsində avtomobildə olan Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı həlak olublar. Onların cəsədlərinin ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilməsi üçün xüsusi təhlükəsizlik zolağı açılıb.

- Bəs bu ərazilərə girişlərdə nəzarət yoxdurmu?

- Siz də bilirsiz ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq, işğaldan azad olunan ərazi vahidlərində müvəqqəti komendantlıqlar yaradılıb. Həmin rayonların ərazilərinə girişlərdə polis postları qurulub. Əmin ola bilərsiz ki, əraziyə xüsusi buraxılışı olan şəxs və nəqliyyat vasitələrinin girişinə icazə verilir. Onların isə təmizlənmiş və işarələnmiş xüsusi zolaqlarla hərəkətinə icazə verilir. Yəni, ərazilərə giriş bizim və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 24 saat ərzində qorunur.

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


Siz təsəvvür edirsiz, mövsümlə əlaqəli olaraq hava şəraiti dəyişir. Polis əməkdaşları ilə birlikdə soyuq havalarda gecə-gündüz demədən, əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

- Dediyiniz şərtlərdə mülki əhalinin icazəsiz əraziyə daxil olması qeyri-mümkün görünür. Bəs insanlar bu əraziyə necə gəlib çıxıb?

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


- Bilirsiz, onlar Füzuli rayonunun yaşayış olan ərazilərində yaşayan və bu yerlərdə yaxşı bələd olan mülki əhalidir. Onlara dəfələrlə deyilir ki, rayonun işğaldan azad olunan ərazilərində düşmən tərəfindən minalar, partlamamış hərbi sursatlar yerləşdirilib. Orada ciddi şəkildə təhlükə var. Təəssüf ki, insanlar bu ərazilərə rəsmi yollardan deyil, kənar, digər kənddaxili yollardan keçərək gəlirlər. Yerli sakinlər nə qədər riskli, həyati təhlükəsi olan əraziyə daxil olduqlarının fərqində deyillər.

- Bu cür faktlar günün birinci yoxsa ikinci yarısı daha çox aşkarlanır?

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


Gecə saatlarında deməzdim. Qeydə alınan hər iki bədbəxt hadisə günün ikinci yarısı saat 15.00-17.00 radələrində baş verib. Bu məsələlərlə bağlı ictimiayyətin ağlında cavabsız suallar qalmasın deyə, mən bu barədə keçirilən brifinqdə də məlumat verdim. Hüquq-mühafizə orqanları və bizim əməkdaşlar tərəfindən vətəndaşlara heç bir güzəştdən söhbət belə gedə bilməz.

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO


Sadəcə ərazidə yaşayan əhali bu yerlərə bizdən daha çox bələddir yəqin ki. Həmin bildikləri yollardan istifadə edərək həmin qadağan olan ərazilərə keçərək dədə-baba yurdlarını görmək istəyirlər, bəlkə də qəbiristanlığı ziyarət etmək istəyirlər. Biz onları başa düşürük, amma bütün hallarda bu onların həyatı üçün təhlükəlidir. Dəfələrlə bu əraziyə girməyə cəhd edən şəxslərin qarşısı alınıb.

Xatırladaq ki, mülki əhalinin icazəsiz və digər yollarla postlardan yayınaraq, işğaldan azad olunan ərazilərə daxil olması qanun pozuntusu hesab edilir.

İcazəsiz olaraq işğaldan azad olunan ərazilərə girən və ya girməyə cəhd edən şəxs və ya şəxslər barəsində qanunun müvafiq normaları çərçivəsində tədbirlər görülür və görüləcək.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Sabahın hava proqnozu
    İlham Əliyev: “Mən sözümü icra edəcəyəm”
    Prezident: “Hədəfimiz Qarabağın tacı olan Şuşa idi”
    Prezident: “Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”
    Bakıda DƏHŞƏTLİ HADİSƏ: Gənc qadını doğrayıb zibil qutusuna atdılar
    Cəbrayılın Həsənli kəndində 80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib
    Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA
    Qobustanda dəm qazından bir ailənin altı üzvü zəhərlənib - YENİLƏNİB
    “Qaçqınkom”da bəzi şöbələr ləğv edildi
    V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı - Rəsmi açıqlama
    60 yaşdan yuxarı müəllimlərə məcburi peyvənd vurulacaq? - RƏSMİ AÇIQLAMA
    İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi - SƏRƏNCAM
    Bu tarixdən siqaretlər bahalaşacaq
    Fərman İsmayılovun nəşi birinci Baş Prokurorluğa, sonra ailəsinə veriləcək - Video
    Azərbaycanda pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
    Metro nə vaxt fəaliyyətini bərpa edəcək? - METROPOLİTEN CAVAB VERİR
    Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim etdi
    Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama
    ABŞ-da kütləvi vaksinasiyada irqçilik edilir
    Moskvada bar və restoranların gecə fəaliyyətinə icazə verildi
    “Rəmiş əməliyyat olunsa, sağ çıxmayacaq” - Video
    Fərmanın cənazəsi Bakıya göndərildi
    Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA
    Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
    Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən görüntülər - VİDEO
    Azərbaycanlı səfir Meksika mətbuatında: “Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəkməlidir”
    Kürün suyu kəskin azalıb - Səbəblər nədir? - VİDEO
    Bakı-Naxçıvan aviareysinin sayı artırılır
    Suya qərq olan Ramana küçələri - VİDEO
    Ermənistanın düzəlişləri AŞPA tərəfindən rədd edilib
    Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
    Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
    Yazda koronavirusun yeni dalğası gözlənilirmi?
    Daha 4 erməni hərbçisinin meyiti tapıldı
    Azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
    Azərbaycandan keçən beynəlxalq magistralın sonuncu hissəsi genişləndirilir - FOTO
    Pensiyaçılara ŞAD XƏBƏR: Fevral ayının pensiyasını artımla birlikdə alacaqsınız
    İlham Əliyev: “Yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir”
    İlham Əliyev peyklərimizin Vətən müharibəsindəki rolundan DANIŞDI
    İlham Əliyev Rəşad Nəbiyevi qəbul etdi - VİDEO
    Prezidentin nazir təyin etdiyi Rəşad Nəbiyev kimdir? - DOSYE
    Nazirdən sosial qayğı ilə əhatə olunanlarla bağlı AÇIQLAMA
    Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib
    Ramin Quluzadə nazir vəzifəsindən azad edildi
    Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI
    Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
    Bu şəxslər məcburi vaksinasiya olunacaq (VİDEO)
    Ermənilər tərəfindən talan edilən zəngin tarixə malik Zəngilan - VİDEO
    Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
    Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri sabah Moskvada görüşəcək
    Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni vəzifə verdi
    Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından DANIŞDI: “Dedik ki, artıq kifayətdir” - VİDEO
    Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
    Hikmət Hacıyevdən region dövlətlərinə çağırış – VİDEO
    Xırdalanda axtarış işlərinə xüsusi təlim keçmiş itlər cəlb edildi - FOTO/VİDEO
    Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur
    Türk şirkətləri Qarabağa milyonlarla dollar yatırır - Yeni iş yerləri açılacaq
    Xırdalanda partlayış olan ərazidə son vəziyyət - CANLI YAYIM
    Ağacları kəsən şəxslər cəzalandırılacaq
    ABŞ-da atışma- 5 ölü
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir