Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən çox qiymətli və nadir eksponatları məhv edib

  • 29-10-2020, 11:56
  • 39
Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən çox qiymətli və nadir eksponatları məhv edib


Hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilmiş və talanmış, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olmuş, korlanmış və dağıdılmış, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilmiş, bundan başqa işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.

Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1 (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1 (xüsusi dəyəri olan əşyaları talama), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Şənbə günü hava necə olacaq?
    Ermənistanın itkiləriylə bağlı dəhşətli statistika (VİDEO)
    15 günlük qapanma və
    Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək -RƏSMİ
    Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, Vəhdət namazı qılınıb
    Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb - FOTO
    SON DƏQİQƏ: Əsgərlərimiz Xankəndidə
    Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım - FOTO
    Müharibədə ən çox itkini harada vermişik? - Ekspert AÇIQLADI
    Əsgər atasının bu hərəkəti hər kəsi duyğulandırdı - VİDEO
    Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
    Vladimir Kreydenko: “Ukrayna hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq”
    Türkiyə XİN başçısının müavini:
    Azərbaycan ərazisində şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    Səfir: “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”
    Prezidentlə xanımı Şəhidlər Xiyabanında
    Prezident:
    Azərbaycanın şadlıq saraylarında toylar keçirilib - DİN hərəkətə keçdi
    Prezident:
    İlham Əliyev:
    Azərbaycan Prezidenti:
    İlham Əliyev:
    Prezident:
    İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışı - TAM MƏTN
    İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edir - CANLI YAYIM
    Bakıda rəzalət: Karantində şadlıq evində toy... - ŞƏHİDLƏRƏ SAYĞISIZLIQ / VİDEO
    Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb
    Müxalifət sabah Paşinyanın xəyanət faktlarını açıqlayacaq
    Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verib
    Ad günündə torpağa tapşırılan şəhidimiz Nicat Tarıverdiyev - VİDEO
    Sabahın havası: yağış, duman..
    Sabah şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
    MN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu açıqlanacaq
    Azərbaycanın 100-dən artıq hərbçisi itkin düşüb - RƏSMİ
    Prezident Zəfər Günü ilə bağlı yeni sərəncam imzaladı
    Prezidentə yazırlar:
    Müdafiə Nazirliyi şəhidlərimizin sayını açıqladı
    Polisdən əhaliyə XƏBƏRDARLIQ: “Hər bir evin qarşısına polis qoya bilmərik”
    Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək
    İqtisadiyyatı çökən Livan dünyadan kömək istəyir
    Əsir götürülmüş əsgərin anası:
    Tərtər polisi Suqovuşan və Talışda xidməti fəaliyyətini bərpa edib - FOTO
    Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? -  DOSYE
    Rusiyada rekord yoluxma - Qonşu ölkələrdə son vəziyyət
    Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? - Qərbi Azərbaycandan olanlar da...
    Laçının Hüsülü və Malıbəy kəndlərinin görüntüləri - VİDEO
    Səfərbərliklə çağırılan şəxslərin kredit borcları da silinəcək? - AÇIQLAMA
    Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
    Bayden İranı sanksiya ilə hədələdi
    Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - Foto
    “Xankəndi, Xocavənd, Xocalı da Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir”
    İşğaldan azad olunan ərazilərdə qazlaşma işlərinin perspektivləri.... - Video
    İngiltərə xalqı sərt karantindən sonra - Fotolar
    Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - Foto
    Bakıda parada hazırlıq işlərinə başlanıldı - Fotolar
    “Qarabağ” “Makkabi”yə qarşı
    Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını açıqladı
    Fransada 76 məsciddə axtarış, çoxu bağlanacaq
    Yaponiya Rusiyaya nota verdi
    Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir