Dövlət başçısı: "Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib"

  • 15-10-2020, 10:08
  • 30
Dövlət başçısı: "Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib"


"Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir.

Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq".

Azərbaycan Prezidenti jurnalistin "Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçünün Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından sonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunla sonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında - onun muzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə danışdınızmı?" - sualına belə cavab verib:

"Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır.

Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir".
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək
    Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb
    Duman olacaq, yağış yağacaq - SABAHIN HAVASI
    Altı yaşlı Aynur aldığı müavinəti Ordumuza göndərdi - FOTO
    Düşmən hücumundan əziyyət çəkənlərə yardım kampaniyasına başlandı
    Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək
    Düşmənin döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar -  FOTO + VİDEO
    Baş Prokurorluqdan işğal olunmuş ərazilərimizə gələn muzdlularla bağlı VACİB ADDIM - VİDEO
    Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib - FOTO
    Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib - FOTO
    Azərbaycanın XİN başçısı Moskvaya gedib
    Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin görüntüləri - VİDEO
    Türkiyəli məşhur Ermənistanın rəhbərini tənqid ETDİ
    Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi
    “Siz öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz” - Prezidentə yazırlar
    Hikmət Hacıyevdən özünü sülhsevər göstərən Sarkisyana SƏRT REAKSİYA
    Ermənilərin döyüşdən imtina edən alay komandiri işdən qovuldu: İşğalçılara cinayət işi açıldı - RƏSMİ
    Donald Trampın “səsini” kəsdilər - VİDEO
    MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
    “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO
    Gecə və gündüz artilleriya atışlarının GÖRÜNTÜLƏRİ
    Prezidentin köməkçisi Ermənistanın dünən törətdiyi cinayətləri açıqladı
    Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb
    Gəncə terroru ilə bağlı daha bir videoçarx hazırlanıb
    DİN-in general-mayoru vəfat etdi
    Ermənistan XİN rəhbəri növbəti dəfə Moskvaya yollanıb
    Qarabağda döyüşən erməni aktyor məhv edildi
    Düşmən Tərtəri atəşə tutur - SON DƏQİQƏ
    Sabahın havası açıqlandı
    Zəngilana Azərbaycan bayrağı sancıldı - VİDEO
    İlham Əliyev:
    İlham Əliyev Xocavəndin isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
    Prezident:
    Ordumuzun qələbələrində əməyi olan hərbi qulluqçuları tanıyaq - FOTOLAR
    Ermənistan SOCAR – “Transneft” birgə layihəsini hədəfə aldı
    YouTube-dakı
    Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb
    Xaçmaz RPŞ-nin rəisi və şəxsi heyəti yaralı əsgərləri ziyarət ediblər - FOTO
    Prezident tapşırıq verdi: Suqovuşan və Talışa aparan yolların bərpasına başlanılır
    Kilsəyə ianə bağışlayan Tramp biabır OLDU
    Rayonun sevincinə kədər qatan kimlərdir?!
    Fransada daha bir məscid BAĞLANIR
    Nazirlikdən daha bir erməni təxribatı ilə bağlı  XƏBƏRDARLIQ
    Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat
    Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr - SİYAHI
    Ordumuz düşmənin atəş nöqtələrinə zərbələr endirir - VİDEO
    27 illik həsrətdən yeni ümid doğur - QAZ-69-la Kəlbəcərə qayıtmaq istəyən şəxsdən AÇIQLAMA
    Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi - FOTO
    Mustafa Şentop:
    “Xəyallarımız, hədəflərimiz puç oldu” - Paşinyanın qızı
    TBMM Sədrinin iştirakı ilə Milli Məclisin iclası başladı -  CANLI YAYIM
    Malayziya qəzeti: “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır”
    Tramp düşmənlərinin kimliyini AÇIQLADI
    Bakının mərkəzində tıxac yarandı
    Ərdoğan Qarabağ üçün nazirləri TOPLAYIR
    Ceyhun Bayramov Pompeo ilə görüşəcək
    Ermənilərin yüksək rütbəli zabitləri məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ
    Əliabbas Salahzadə: Azərbaycan xalqı Doğma Qarabağa uşaqların gülüş sədalarını qaytaracaq!
    Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
    BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir