Şəhid ailələri və hərbçilərimiz ən çox hansı psixoloji problemlərlə üzləşir? - MÜSAHİBƏ

  • 12-01-2021, 14:00
  • 28
Şəhid ailələri və hərbçilərimiz ən çox hansı psixoloji problemlərlə üzləşir? - MÜSAHİBƏ


Müharibədən sonra hərbçilərimizdə qalan səksəkə, qorxu hissi bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə də əvvəlcə hərbçi və əsgərlərdə diaqnozun dəqiqləşdirilməsi aparılmalıdır.

Bu sözləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov Vətən müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə müsahibəsində deyib.

F.İsmayılovun müsahibəsini təqdim edirik:

- Müharibədə iştirak etmiş hərbçilərdə əsasən hansı psixoloji hallara rast gəlinir və bunların təzahür forması necə olur?

- Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub. Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Əlamətlər tipik qarışıq və dəyişkən mənzərəyə malikdir, düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin “heyrət” halından ibarətdir. Bu hal ətraf vəziyyətdən “uzaqlaşma” (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stress hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər.

Hərbçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi qıcıqlılıq, yuxusuzluq, “fleşbeklər” (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olub.

- Posttravmatik stress pozuntuları ilə qarşılaşdığınızda hansı yardım prosedurları təklif olunurdu?

- Posttravmatik stress pozuntusu hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusilə təhlükəli və ya faciə xarakterli stress hadisəsinə təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Belə ki, psixi sağlamlıq xidmətləri üçün müraciət edən hərbçilərdə və əsgərlərdə kəskin stress pozuntusu əlamətləri davamlı və uzunmüddətli olduqda posttravmatik stress pozuntusu diaqnozuna dəyişdirilir.

Psixoloji yardım üçün müraciət edən kəskin stress reaksiyası yaşayan bütün hərbçilərə və əsgərlərə ilkin psixoloji yardım göstərilirdi. İlkin psixoloji yardım kəskin stress əlamətlərinin azalması və tələbatların ödənilməsinə yönəlmiş mərhəmətli və dəstəkedici yardım növüdür. İlkin psixoloji yardım zamanı şəxslərə praktiki və emosional dəstək göstərilir, onların tələbatları və problemləri öyrənilir, əsas tələbatların ödənilməsinə yardım olunur və böhran vəziyyətinin qarşısı alınaraq insanlara stabil vəziyyətdə qalmağa kömək edilir. Bu isə hərbçiləri və əsgərləri gələcəkdə baş verə biləcək zərərlərdən qoruyur.

Posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur. Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir.

Bundan əlavə posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə əsasən psixoloji yardımın psixoterapiya növü olan koqnitiv-davranış terapiyası (KDT) aparılır. KDT travmatik hadisənin hərbçidə və əsgərdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Bu zaman PTSP-dən əziyyət çəkən hərbçi və əsgərlər travmatik hadisə ilə bağlı xatirələri ilə, həmçinin travma ilə bağlı çəkinmə situasiyaları ilə idarə olunan və təhlükəsiz mühitdə üzləşdirilir (təsəvvür ekspozisiyası). PTSP-nin müalicəsində koqnitiv davranış terapiyası hərbçilərə travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə kömək edir.

- Müharibədən sonra hərbçilərimizdə qalan səksəkə, qorxu hissini necə aradan qaldırırsınız?

- Səksəkə və qorxu bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə də əvvəlcə hərbçi və əsgərlərdə diaqnozun dəqiqləşdirilməsi aparılır. Daha sonra ona uyğun psixi sağlamlıq xidmətləri təklif olunur.

- Psixoloji prosedurlar adətən neçə müddət aparılır və müsbət nəticələri hansı zamandan sonra əldə etmək olur?

- Hərbçilərə, əsgərlərə, onların ailələrinə və müharibədən xəsarət almış vətəndaşlara psixoloji problemlərin xüsusiyyətlərindən asılı olaraq psixoloji yardım müxtəlif müddətlərdə göstərilir. Müddətindən asılı olaraq şəxslərə təcili, qısa müddətli və uzun müddətli psixoloji yardım növləri göstərilir.

Təcili psixoloji yardım – böhran vəziyyəti, neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirəsalınmadan göstərilməsidir. Qısamüddətli psixoloji yardım (12 məşğələyə qədər) şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla 3 ay müddətində ardıcıl şəkildə həyata keçirilir. Uzunmüddətli psixoloji yardım 12 məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsidir (3 aydan daha uzun müddət).

Qeyd edim ki, Azərbaycan Respublikasında psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 397 nömrəli Qərarı ilə təsdiq edilib.

- Post-müharibə dövründəki psixoloji durumda qarşılaşdığınız ən çətin vəziyyət hansı olub?

- Müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir. Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda eyni zamanda digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər.

Fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Məktəblərdə ənənəvi təhsilin bərpası xəbərləri ilə bağlı AÇIQLAMA
    Hacıbala Abutalıbova ağır İTTİHAMLAR - “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT
    ABŞ deportasiyanı 100 gün müddətinə dayandıracaq
    Vilayət Eyvazov rəisi vəzifədən AZAD ETDİ
    Türkiyənin ən böyük bankı Şuşada filial açır
    Məvaciblər artıb - RƏSMİ
    20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı
    Qaz kəsiləcəkmi? -  “Azəriqaz”dan VACİB AÇIQLAMA
    Demə, soyuq havada maşını qızdırmaq OLMAZMIŞ - ŞOK FƏSADLAR+VİDEO
    Qar paytaxt sakinlərini yolda qoydu: Avtobus yoxdur... - BNA HARADADIR?
    İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
    Bakıda qar mənzərələri - VİDEO
    Azərbaycanda bu xəstəliklərin sayı azalıb - SİYAHI
    Dollarla bağlı PİS XƏBƏR
    Bakıda avtobus qəzaya uğradı
    Sabahdan milli parklara giriş bərpa edilir - RƏSMİ
    Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılır - RƏSMİ
    Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib
    Bayden üç quruma müvəqqəti rəhbər təyin etdi
    Ceyhun Bayramovun Türkmənistana səfəri başladı
    Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - İDDİA+FOTO
    Baydenin andiçməsindən maraqlı anlar - VİDEO
    DAŞKƏSƏNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ  MÜNASİBƏTİLƏ RAYON ŞƏHİDLƏR XİYABANI ZİYARƏT EDİLİB
    20 Yanvar faciəsindən 31 il ötür
    Məşhur türk aktyor qəzaya düşdü, avtomobili aşdı - FOTO
    SON DƏQİQƏ: işdən çıxarılan İCRA BAŞÇISI VƏFAT ETDİ - FOTO
    Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
    İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
    İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib
    Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq – Siyahı hazırlandı
    Azərbaycanda neçə erməni terrorçu var? - GÜNÜN MÖVZUSU
    Polisdən sosial şəbəkələrlə bağlı əməliyyat - Saxlanılanlar var
    Toyların başlaması ilə bağlı mühüm açıqlama: Şadlıq saraylarında vəziyyət necədir?
    Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
    Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO
    Rusiya Müdafiə Nazirliyindən QARABAĞ AÇIQLAMASI -
    Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi
    DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB
    Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq
    Büstlərin müəllifləri: “Güllələnmiş heykəllərin Şuşaya qaytarılması tarixi hadisədir” - FOTO
    DYP-dən VACİB MƏLUMAT - Bu sürücülər sükan arxasına əyləşməsin
    Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
    Vilayət Eyvazovdan yeni təyinat
    Mingəçevirdə arvadını öldürən qısqanc kişiyə HÖKM OXUNUB
    TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib
    AMEA qurumlarında yoxlamalar aparılır - RƏSMİ
    Hirkan Milli Parkında yanğın söndürüldü
    Azərbaycanda yol polislərinə qarşı zor tətbiq edən şəxs tutuldu - RƏSMİ
    30 ildə Qarabağı talayan xarici şirkətlər - SİYAHI
    Sakinlər heyrətə düşdü: Qara dəniz “qaynadı” - VİDEO
    Bu gün parlamentdə iclaslar olacaq
    DİN-dən xəbərdarlıq: Maska qərarı qüvvədə qalır
    Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
    Bakı metrosunun
    Lavrov:
    Lavrov:
    “Caliber”: “Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
    Azərbaycandakı əcnəbilərin NƏZƏRİNƏ
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir