SOCAR Petkim ötən il nə qədər qazanıb? - RƏSMİ + FOTO

  • 3-03-2021, 12:46
  • 33
SOCAR Petkim ötən il nə qədər qazanıb? - RƏSMİ + FOTO


SOCAR-ın “Petkim” şirkəti qiymətlərin azalmasına baxmayaraq gəlirliyini artırıb.
Dövlət Neft Şirkətindən "Ölkə.Az" a verilən məlumata əsasən, pandemiya dövründə Türkiyədə mühüm ehtiyac duyulan məhsulların istehsalını artıran “Petkim” neft kimya kompleksinin 2020-ci il üzrə ümumi gəlirində daxili satışların payı 67 faizə çatıb.

Şirkət qlobal bazarlarda baş verən bütün çətinliklərə və məhsul portfelindəki məhsulların orta qiymətinin azalmasına baxmayaraq əməliyyat gəlirliliyini 2019-cu illə müqayisədə 21 faiz artırmağa müvəffəq oldu.


Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “Petkim” qlobal pandemiyaya görə üzləşdiyi çətinliklərə və portfelindəki məhsulların qiymətinin dollar ifadəsində orta hesabla 20 faiz azalmasına baxmayaraq, 2020-ci ildə gəlirlərini əvvəlki ilə nisbətən 21 faiz artıraraq 1,9 milyard TL-yə çatdırıb.

“Daxili bazardakı müştərilərimizin tələblərinə üstünlük verdik”

Şirkətdən verilən məlumatda bildirilib ki, 2020-ci ilin əsas maliyyə nəticələrini açıqlayan “Petkim” Türkiyədə pandemiya dövründə əhəmiyyəti artan tibbi ləvazimat, qablaşdırma və gigiyena vasitələri üçün istifadə olunan xammalın istehsalında üstünlüyü daxili bazara verib. 2020-ci ildə satış həcmini 12,1 milyard TL-yə çatdıran “Petkim”in ümumi gəlirində ölkədaxili satışların payı 2019-cu ildəki 60 faizdən 67 faizə qalxıb. Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi kimi 2020-ci il boyunca daxili sənaye müəssisələrinin tələbatını prioritet kimi qəbul etdiklərini bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov əlavə edib ki, pandemiya dövründə Türkiyənin ehtiyacı olan neft-kimya xammalını problemsiz təmin etmək üçün var gücümüzlə çalışdıq və fasiləsiz istehsalı həyata keçirdik:

“Bu dövrdə bütün dünyada NEZ-lərin istehsalı dayandırmaq, yaxud azaltmaq məcburiyyətində qalması səbəbindən xammal tədarükündə problemlə üzləşən bəzi neft-kimya şirkətləri də istehsalı müəyyən müddətə dayandırmalı oldular. STAR NEZ ilə inteqrasiya şəraitində işləyən “Petkim” isə istehsala ara vermədən xüsusilə ölkədaxili müştərilərin ehtiyaclarını təmin etməyi bacardı. Daxili bazara yönəlməyimiz 2019-cu ildə 662 milyon dollar olan ixracat göstəricilərimizin 2020-ci ildə yarıbayarı azalaraq 363 milyon dollara enməsinə səbəb oldu. Ancaq daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız nəticəsində ümumi satış həcmlərimiz və gəlirliyimiz 2019-cu ilə nisbətən artdı”.

Xalis mənfəət 14 faiz artıb

“Petkim”in əldə edilən maliyyə uğurlarında STAR NEZ ilə inteqrasiyalı istehsalın həyata keçirilməsi ilə yanaşı məhsuldarlıq və rəqəmsallaşma istiqamətində atılan addımların da böyük təsiri olub.

“Faiz və məzənnə riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması və əməliyyat xərclərinin optimallaşdırılması da əldə etdiyimiz nəticələrə müsbət təsir göstərdi. İstehsal prosesinin təkmilləşdirilməsi və effektiv xidmət proqramlarının icra olunması nəticəsində iş günlərimizin sayı maksimuma çatdı. Bu addımlar 2020-ci ildə xalis mənfəətimizin 14 faiz artaraq 1,1 milyard TL-yə, əməliyyat gəlirliliyimizin isə 1,9 milyard TL-yə çatmasında mühüm rol oynadı”, - deyə, A.Məmmədov vurğulayıb.

2020-ci ildə “Global Lighthouse Network”a Türkiyədən seçilən yeganə şirkət

Rəqəmsal tətbiq və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” şəbəkəsinə Türkiyədən seçilən yeganə şirkət olan “Petkim”, bu gün Sənaye 4.0 texnologiyalarını istehsalatda uğurlu şəkildə tətbiq edən müəssisələr arasında möhkəm qərarlaşıb. 56 illik bilik və təcrübəsi ilə “Petkim” portfelinə daxil olan təxminən 60 növ neft-kimya məhsulu ilə plastik, kimya, qablaşdırma, boru, boya, inşaat, kənd təsərrüfatı, avtomobil, elektrik, elektron, tekstil sektorları ilə yanaşı dərman, yuyucu vasitə, kosmetik məhsullar sektoruna da inamla daxil oldu.


SOCAR Petkim ötən il nə qədər qazanıb? - RƏSMİ + FOTO
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Pandemiya dövründə bu xəstəlik geniş yayılıb - AÇIQLAMA
    Daha 9 koronavirus xəstəsi saxlanıldı
    Koronavirusa yoluxub sağaldığınızı testsiz necə bilmək olar? - ƏSAS ƏLAMƏTLƏR
    Prezident sərəncam imzalayıb
    Ermənistan radiasiya ticarəti ilə məşğul olur - İSRAİLDƏN MÜSAHİBƏ
    Eldar Səlimov Azərbaycanın İordaniyada səfiri təyin olunub - SƏRƏNCAM
    Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstanda səfiri təyin edilib - SƏRƏNCAM
    Zaur Əhmədov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib - SƏRƏNCAM
    Azərbaycan İspaniyaya yeni səfir təyin edib - SƏRƏNCAM
    Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi - SƏRƏNCAM
    ABŞ-dan Rusiyaya növbəti HƏDƏ
    SON DƏQİQƏ! Xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
    “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM
    Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
    Valideynlərin tələbləri yerinə yetirildi: Direktor barədə ölçü götürüləcək - RƏSMİ
    İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır
    Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi - FOTO
    Həkimdən xanımlara XƏBƏRDARLIQ: “Maska taxanda “tonal” kremlər istifadə etməyin” - VİDEO
    “Bu, Ermənistanın mövcudluğunu sual altına qoyacaq” - Deputat
    Daha bir vəzifəli şəxs həbs edildi - RƏSMİ
    FHN əməliyyat görüntülərini yaydı - VİDEO
    Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu - FOTO
    İlham Əliyev yarımstansiyaların açılışında - YENİLƏNİB + FOTO
    Ermənilərin Füzulidə viran qoyduqları daha bir kənddən görüntülər - VİDEO
    “BakuBus”un avtobusu ağaca çırpılıb, xəsarət alanlar var - FOTO
    Üç vəzifəli şəxs HƏBS EDLİDİ
    Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO
    Külli miqdarda narkotik ələ keçirildi: Saxlanılanlar var - FOTO
    Xocalı polisi reyd keçirib - FOTO
    lham Əliyev yarımstansiyaların açılışında - FOTO
    Bakıda mənzildən meyit tapılıb
    SON DƏQİQƏ! Nazirlik əməkdaşı qəfildən VƏFAT ETDİ - FOTO
    Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO
    DİN-də yeni TƏYİNAT
    Mənzilini kirayə verən şəxs vergi ödəməlidir - RƏSMİ
    Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə var - FOTO
    Eldar Quliyevin dəfni sabah olacaq - SƏBƏB
    Bu gün Aprel şəhidinin doğum günüdür
    Ziya Bünyadov prospektində zəncirvari qəza olub, tıxac yaranıb - VİDEO
    44 günlük Vətən müharibəsi ermənilərin uzun illər yaratdıqları “məğrur erməni ordusu” mifini dağıtdı
    Tarixi Zəfərimiz ədalətin təntənəsidir
    Prezidentimiz liderlik və intellektual potensialını bir daha ortaya qoydu
    Ermənilər İlham Əliyevi dinləməli və nəticə çıxarmalıdırlar
    44 günlük şanlı Zəfər-Zəngəzur dəhlizinə gedən tarixi layihəni reallaşdıran amil
    Avropa çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə qoşulur
    Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi
    Koronavirusun yayılmasının pik nöqtəsi BU VAXT OLACAQ
    Bu dərmanlar pulsuz veriləcək — VİDEO
    Bakıda hosteldə boğularaq ölən qadınların FOTOları
    Azərbaycanda zəlzələ oldu
    Ərdoğan NATO rəhbəri ilə Rusiya-Ukrayna böhranını müzakirə etdi
    Şənbə gününün havası açıqlandı
    Bakıda gənc oğlan faciəvi şəkildə öldü - Başı tanınmaz hala düşdü - FOTO
    Bakının bu ünvanında evlər plana düşdü - FOTO
    Onlayn ticarət zamanı kartlardan çox pul tutulması ilə bağlı məlumatlara RƏSMİ AÇIQLAMA
    Gənclər niyə intihar edir? - VİDEO
    Türkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib - FOTO
    Türkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib
    Sevdiyi qızı xəyanət edərkən tutdu - Evlərinə getdi, od vurub yandırdılar - VİDEO
    Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir