Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı

  • 25-09-2020, 12:34
  • 27
Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı


Son müddət ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8 809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Ölkə.Az"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəticədə 1 ədəd bağlama içərisində ümumi çəkisi 2 kq 950 qr narkotik vasitə (2 kq “tiryək” və 950 qr “metamfetamin”) aşkar olunaraq götürül­üb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Kia Rio” markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilmişdir. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsindədə İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən həmin şəxsə “dayan” əmri verilmişdir. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb və ondan 1 ədəd bağlama götürülüb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qr “heroin”, 300 qr “metamfetamin”, 1 qr “metadon” və 66 qr qurudulmuş “marixuana”) aşkar edilib.

18 sentyabr tarixində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət ediblər. Sərhəd pozucuları hadisə yerin­dən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1986-cı il təvəllüdlü Kıanı Behnam Əli oğlu və 1978-ci il təvəllüdlü Behzad Pırıvatlou Reza Mahmud oğlu olması müəyyənləşdirilib, onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kq 182 qr “heroin”, 994 qr “metamfetamin”, 8789 ədəd “Metadon-40” həbi və 20 ədəd “Buprenorphine-2” həbi) aşkar edilib.

Hər üç fakt üzrə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Sabah hava necə olacaq? - AÇIQLAMA
    Hikmət Hacıyev:
    İlham Əliyev:
    Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
    85 yaşlı əsir Ermənistanda işgəncələrə məruz qalaraq ifadə verib - RƏSMİ
    Ermənilər Ağcabədiyə raket atıb, qəbiristanlıq dağılıb - FOTO
    Ceyhun Bayramovdan Türkiyəyə dəstək paylaşımı
    Azərbaycan ordusunun işğaldan azad etdiyi 185 məntəqə interaktiv xəritədə - VİDEO
    İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib - CANLI YAYIM
    Qarabağda PKK/YPG terrorçuları məhv edilir
    Ceyhun Bayramov BQXK-nın baş direktoru ilə görüşüb
    BMT TŞ Qarabağı yenidən müzakirə edə bilər
    Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
    Gürcüstanda parlament seçkilərinə səsvermə başlayıb
    İzmirdə ölənlərin sayı 24-ə yüksəldi - VİDEO
    Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
    Həbib Nurməhəmmədovdan Makrona sərt sözlər - FOTO
    Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək - FOTO
    Sabah 25 dərəcə isti olacaq
    Cenevrə görüşü mətbuata qapalı olacaq
    Daha 9 kənd işğaldan azad edildi - SİYAHI
    Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
    Düşmənin ən qorxulu yuxusu “Kargu-2” PUA-ları Qarabağ səmasında – VİDEO / FOTO
    Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO
    Ermənistanda kişi tapılmadı, döyüşə qadınlar gedir - FOTOLAR
    Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
    Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb
    Azərbaycanlılar niyə “Facebook”da kütləvi şəkildə bloklanır? - VİDEO
    Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA
    Nazir:
    Erməni din xadimləri yenidən qan tökməyə çağırır
    Müdafiə Nazirliyi: “Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib”
    Bərdə faciəsi: Bir bacının ürək dağlayan göz yaşları - VİDEO
    Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”
    Düşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - RƏSMİ
    Ermənilərdən daha bir xain hücum: Mülki əhali yenidən hədəf alındı - VİDEO
    Azərbaycanlı səfir Perunun nüfuzlu telekanalında erməni terrorundan danışıb
    Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
    “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO
    Ermənilərin Tərtərə hücumundan 1 200-ə yaxın insan ziyan çəkib
    Düşmənin hücum cəhdinin qarşısı alınıb, xeyli canlı qüvvəsi məhv edilib
    Ermənilərin məhv edilən və sıradan çıxarılan döyüş texnikası
    Peru televiziyasında Ermənistanın müharibə cinayətləri haqda danışılıb
    Ceyhun Bayramov Cenevrəyə getdi
    Ruhi Çenet Qarabağda çəkiliş apararkən yaxınlığına mərmi düşdü - VİDEO
    Sabah yağış yağacaq
    Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
    Bərdədə erməni təcavüzü ilə bağlı brifinq keçirilir - CANLI YAYIM
    Ermənilərin törətdiyi qandonduran qətliamdan sonra Bərdə - VİDEOREPORTAJ
    Kamran Əliyev:
    “Haber Global” Bərdədə erməni cinayətlərinin son nəticələrini çatdırır - CANLI YAYIM
    Hikmət Hacıyev:
    Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirildi -SON DƏQİQƏ
    Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edildi
    ABŞ və Rusiyadan da Ermənistana döyüşçülər gəlir
    Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı
    Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən çox qiymətli və nadir eksponatları məhv edib
    Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb
    Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
    Amerikalı jurnalistlər Bərdədə Ermənistanın raket atəşinə tuş gəldilər - FOTO
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir