Səttar MÖHBALIYEV: Mərhəmət ünvanı, ən yaxın silahdaş

  • 15-09-2020, 14:47
  • 276
Səttar MÖHBALIYEV: Mərhəmət ünvanı, ən yaxın silahdaş


Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar MÖHBALIYEV - İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlər ilə əbədiyaşar olur. Yaddaşlarda qalır, hafizələrdə iz buraxır, adını tarixə qızıl hərflərlə yazdırır. Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxəti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident
İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Üç ildən artıqdır ki, Birinci vitse-prezident vəzifəsində də öz fəaliyyətini məhz bu prinsiplər əsasında quran Mehriban xanım Əliyevanın irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür. Onun təşəbbüslərinin hər biri vətəndaşları narahat edən problemlərin həllinə yönəlib. Onu da qeyd edim ki, Mehriban Əliyevanın deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər diqqətindən kənarda qalsın. Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Mehriban Əliyeva həm də daim köməyə ehtiyacı olan insanların yanında olub.
İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Hər zaman elm, təhsil, səhiyyə sahələrində misilsiz xidmətlərinə, həmçinin xeyriyyəçilik xüsusiyyətlərinə görə Mehriban xanım Əliyeva xalqımızın qəlbində, yaddaşlarda qayğıkeş, xoşməramlı, məğrur Azərbaycan qadını obrazı yaradıb. Çünki onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, məcburi köçkünlərə həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 16 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.
Bu gün dünyamızda çətin dönəm yaşanır. Koronavirus pandemiyası hələ bəşəriyyəti təhdid edir. Şükürlər olsun ki, Azərbaycanda aparılan qabaqlayıcı tədbirlər fonunda bu gün müsbət dinamikanın şahidi oluruq. Xalqın sağlamlığının qorunmasını ən ümdə vəzifəsi hesab edən Prezident İlham Əliyevin atdığı addımlar, qəbul etdiyi mühüm qərarlar pozitiv durumu şərtləndirən amillərdir.
Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi "gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Xalqa bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edən Mehriban xanım hər kəsi evdə qalmağa, bir-birini qorumağa səslədi. Birinci vitse-prezidentin "Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı.
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində "Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş oldu.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Hər il demək olar bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, xüsusilə uğurlu Aprel əməliyyatlarında şəhid olmuş qəhrəmanlarımızın, igidlərimizin ailələri ilə, yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərlə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxs məhz Mehriban Əliyevadır. Bu, bir daha insanların Birinci vitse-prezidentə olan tükənməz sevgisinin, etibarının, inamının göstəricisidir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Birinci vitse-prezidentin ölkənin ictimai-siyasi həyatında göstərdiyi xidmətlərin müstəsnalığı Prezident İlham Əliyevin fikirlərində də öz əksini tapır: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.
Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident
İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.
Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Agentlik sürücülərə müraciət etdi: “Alternativ yollardan istifadə edin”
    Generallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLAR
    XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır
    Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən məbləğ açıqlandı
    Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, cərimə olunacaqsınız
    Komitə sədri Nizami və Kəpəz rayonlarının ləğv olunmasını təklif edir
    Paytaxt sakinlərinə XƏBƏRDARLIQ
    DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR
    Pensiyaçı pulunu kartında nə qədər müddətdə saxlaya bilər? - Nazirlikdən açıqlama
    Baş nazir karantin rejimi ilə bağlı sərəncam imzaladı
    TƏBİB-də bu vəzifə ləğv olundu
    İlham Əliyev:
    Azərbaycan Prezidenti müharibə ehtimalından danışdı və Avropaya mesaj göndərdi
    Prezidentdən köçkün ailələri ilə bağlı 42 milyonluq sərəncam
    Müdafiə Nazirliyi döyüş hazırlığı ilə bağlı VİDEO yaydı
    Vətəndaşlara cip taxılacaq? – TƏBİB rəsmi açıqlama yaydı
    İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi (FOTO)
    Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı
    400 minlik toy edən eks məmurun qızı BOŞANDI – Xəyanətə görə - FOTO
    Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi – SİYAHI
    Azərbaycan daha bir ölkədə səfirlik açır
    Çexiyada COVID-19-dan ölənlərin sayında rekord
    “Qarabağ” “Sumqayıt”a qarşı
    Belarusda etirazları dağıdan maskalıların kimliyini ortaya çıxardı - Video
    Fəxrəddin Manafovun vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı
    Bakıda mənzildən meyit tapılıb
    İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
    Xüsusi amansızlıqla öldürülən kişinin qatili arvadı İMİŞ
    Müdafiə nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
    “Haber Global”: İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq - VİDEO
    Karantin qaydalarını pozan parklar və valideynlər – VİDEO
    Kürdəmir polisinin axtarışa verdiyi qadın Bakıda saxlanıldı
    “Qalatasaray” pley-offa yüksəldi,
    TƏBİB rəsmisindən karantinin sərtləşəcəyi xəbərlərinə MÜNASİBƏT
    Azərbaycanda karantin rejimi yenidən uzadılır?
    Prezident BMT-dəki çıxışında Azərbaycanın Ermənistan qarşısında şərtini açıqladı
    İlham Əliyev BMT sessiyasında Tovuz döyüşlərindən danışdı: “Ermənistan KTMT-yə müraciət etmişdi”
    Şimşək çaxacaq, yağış yağacaq
    Azərbaycanda 68 balla universitetə qəbul olmaq mümkün imiş - FOTO
    Ceyhun Bayramov gürcü həmkarı ilə görüşündən yazdı
    Jurnalist Həbib Müntəzir Əli Həsənova müraciət etdi: Villanın yerini tapdım. Qaytar dövlətə!
    Elnarə Abdullayeva tanınmış modelyerə 40 min
    Kəlbəcərdə şəhid olan Həsənin qızı tələbə adını qazandı- FOTO
    Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər
    Nazir Ağayevi
    İlham Əliyev Dövlət Agentliyinə 12,5 milyon manat ayırdı - SƏRƏNCAM
    Koronavirusun yox olacağı vaxt açıqlandı
    İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
    Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin gözü önündə... -BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
    Xərçəngdən əziyyət çəkən Xalq artisti etiraf etdi – “Əməliyyat olundum”
    Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır
    Bakıda kütləvi dava - Yaralılar var
    Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başladı
    Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO
    Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
    Məktəblərlə bağlı önəmli AÇIQLAMA
    Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO
    DİQQƏT! Qız profili ilə sizə yazan olarsa... - Ermənilərin yeni təxribatı - VİDEO
    Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir