İlham Əliyev: “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül qaçılmazdır”

  • 14-09-2020, 15:37
  • 31
İlham Əliyev: “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül qaçılmazdır”


“Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcək. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, “biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik”.

İlham Əliyev qeyd edib ki, burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var.

“Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”,-deyə Prezident əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın neft yataqları nə vaxtsa tükənəcək:

“Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır.

Çünki biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minib. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin”.

Ölkə başçısı söyləyib ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük.

“Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulub”.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Pensiyaçı pulunu kartında nə qədər müddətdə saxlaya bilər? - Nazirlikdən açıqlama
    Baş nazir karantin rejimi ilə bağlı sərəncam imzaladı
    TƏBİB-də bu vəzifə ləğv olundu
    İlham Əliyev:
    Azərbaycan Prezidenti müharibə ehtimalından danışdı və Avropaya mesaj göndərdi
    Prezidentdən köçkün ailələri ilə bağlı 42 milyonluq sərəncam
    Müdafiə Nazirliyi döyüş hazırlığı ilə bağlı VİDEO yaydı
    Vətəndaşlara cip taxılacaq? – TƏBİB rəsmi açıqlama yaydı
    İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi (FOTO)
    Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı
    400 minlik toy edən eks məmurun qızı BOŞANDI – Xəyanətə görə - FOTO
    Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi – SİYAHI
    Azərbaycan daha bir ölkədə səfirlik açır
    Çexiyada COVID-19-dan ölənlərin sayında rekord
    “Qarabağ” “Sumqayıt”a qarşı
    Belarusda etirazları dağıdan maskalıların kimliyini ortaya çıxardı - Video
    Fəxrəddin Manafovun vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı
    Bakıda mənzildən meyit tapılıb
    İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
    Xüsusi amansızlıqla öldürülən kişinin qatili arvadı İMİŞ
    Müdafiə nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
    “Haber Global”: İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq - VİDEO
    Karantin qaydalarını pozan parklar və valideynlər – VİDEO
    Kürdəmir polisinin axtarışa verdiyi qadın Bakıda saxlanıldı
    “Qalatasaray” pley-offa yüksəldi,
    TƏBİB rəsmisindən karantinin sərtləşəcəyi xəbərlərinə MÜNASİBƏT
    Azərbaycanda karantin rejimi yenidən uzadılır?
    Prezident BMT-dəki çıxışında Azərbaycanın Ermənistan qarşısında şərtini açıqladı
    İlham Əliyev BMT sessiyasında Tovuz döyüşlərindən danışdı: “Ermənistan KTMT-yə müraciət etmişdi”
    Şimşək çaxacaq, yağış yağacaq
    Azərbaycanda 68 balla universitetə qəbul olmaq mümkün imiş - FOTO
    Ceyhun Bayramov gürcü həmkarı ilə görüşündən yazdı
    Jurnalist Həbib Müntəzir Əli Həsənova müraciət etdi: Villanın yerini tapdım. Qaytar dövlətə!
    Elnarə Abdullayeva tanınmış modelyerə 40 min
    Kəlbəcərdə şəhid olan Həsənin qızı tələbə adını qazandı- FOTO
    Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər
    Nazir Ağayevi
    İlham Əliyev Dövlət Agentliyinə 12,5 milyon manat ayırdı - SƏRƏNCAM
    Koronavirusun yox olacağı vaxt açıqlandı
    İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
    Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin gözü önündə... -BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
    Xərçəngdən əziyyət çəkən Xalq artisti etiraf etdi – “Əməliyyat olundum”
    Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır
    Bakıda kütləvi dava - Yaralılar var
    Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başladı
    Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO
    Məktəblərlə bağlı önəmli AÇIQLAMA
    Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO
    DİQQƏT! Qız profili ilə sizə yazan olarsa... - Ermənilərin yeni təxribatı - VİDEO
    Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı
    Bakıda qadın əri tərəfindən bıçaqlanıb
    Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək
    Bu günün havaı: Duman, yağış, külək
    Prezident: “Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq”
    Qubada 19 yaşlı gənc atasını qətlə yetirib-MƏHKƏMƏ
    Şamil Heydərov: Mənim prezidentim daim ölkəm üçün çalışır
    Prezidentin köməkçisi: “Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır”
    Azərbaycanda toyların bərpası dəqiqləşdi - ŞADLIQ SARAYLARINDAN AÇIQLAMA
    Sergey Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir