HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir Fərəcov

  • 11-09-2020, 11:55
  • 361
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir Fərəcov


Şər və Böhtan yazanlara tutarlı cavab - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya İcra başçısı maaşı ilə milyarder olan Zakir Fərəcov və biçarə sahibkarlar... - İTTİHAM. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov - Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan koronavirusa qarşı mübarizədə müsbət və inamlı nəticələr əldə edib

Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Ən inkişaf etmiş dövlətlərdə də koronavirus infeksiyasının yayılması sürəti göz qabağındadır. Azərbaycan dövləti isə əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Bu olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. Respublikamızın bütün bölgələrindən vətəndaşlarımız tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktubları bunu əyani təsdiq edir.

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.
Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsiməsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.
İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi.

Koronavirusla bağlı mübarizədəaddımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır.
Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək.
Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir.
Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır.
Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir.
Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.

Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq.

Zakir Fərəcov yüksək bal toplayan abituriyentlə görüşüb

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir Fərəcov


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Millət vəkili Hicran Hüseynova bu il qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticə (688,4 bal) göstərən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Murad Nadir oğlu Mustafazadədəni təbrik ediblər.
Şəhər rəhbəri və millət vəkili Murad Mustafazadəni əldə etdiyi uğur münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıblar, gələcək həyatında uğurlar arzulayıblar.
Son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışılıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Bildirilib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Qeyd olunub ki, Sumqayıt məktəbliləri hər il qəbul imtahanlarında, eləcə də müxtəlif olimpiada və müsabiqələrdə aktiv iştirak edərək yüksək nəticələr göstərirlər.
Murad Mustafazadə ona göstərilən diqqətə görə təşəkkürünü çatdırıb, bundan sonrakı fəaliyyətində də ona bəslənən ümidləri doğruldacaqlarına söz verib.
Sonda qəbul imtahanında yüksək nəticə göstərən Murad Nadir oğlu Mustafazadədəyə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir FərəcovHƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir FərəcovHƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir FərəcovHƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir Fərəcov
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Zakir Fərəcov
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Agentlik sürücülərə müraciət etdi: “Alternativ yollardan istifadə edin”
    Generallar cəbhəyə getdi, əsgərlərlə görüşdülər - FOTOLAR
    XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır
    Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən məbləğ açıqlandı
    Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, cərimə olunacaqsınız
    Komitə sədri Nizami və Kəpəz rayonlarının ləğv olunmasını təklif edir
    Paytaxt sakinlərinə XƏBƏRDARLIQ
    DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR
    Pensiyaçı pulunu kartında nə qədər müddətdə saxlaya bilər? - Nazirlikdən açıqlama
    Baş nazir karantin rejimi ilə bağlı sərəncam imzaladı
    TƏBİB-də bu vəzifə ləğv olundu
    İlham Əliyev:
    Azərbaycan Prezidenti müharibə ehtimalından danışdı və Avropaya mesaj göndərdi
    Prezidentdən köçkün ailələri ilə bağlı 42 milyonluq sərəncam
    Müdafiə Nazirliyi döyüş hazırlığı ilə bağlı VİDEO yaydı
    Vətəndaşlara cip taxılacaq? – TƏBİB rəsmi açıqlama yaydı
    İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi (FOTO)
    Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı
    400 minlik toy edən eks məmurun qızı BOŞANDI – Xəyanətə görə - FOTO
    Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi – SİYAHI
    Azərbaycan daha bir ölkədə səfirlik açır
    Çexiyada COVID-19-dan ölənlərin sayında rekord
    “Qarabağ” “Sumqayıt”a qarşı
    Belarusda etirazları dağıdan maskalıların kimliyini ortaya çıxardı - Video
    Fəxrəddin Manafovun vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı
    Bakıda mənzildən meyit tapılıb
    İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
    Xüsusi amansızlıqla öldürülən kişinin qatili arvadı İMİŞ
    Müdafiə nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
    “Haber Global”: İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq - VİDEO
    Karantin qaydalarını pozan parklar və valideynlər – VİDEO
    Kürdəmir polisinin axtarışa verdiyi qadın Bakıda saxlanıldı
    “Qalatasaray” pley-offa yüksəldi,
    TƏBİB rəsmisindən karantinin sərtləşəcəyi xəbərlərinə MÜNASİBƏT
    Azərbaycanda karantin rejimi yenidən uzadılır?
    Prezident BMT-dəki çıxışında Azərbaycanın Ermənistan qarşısında şərtini açıqladı
    İlham Əliyev BMT sessiyasında Tovuz döyüşlərindən danışdı: “Ermənistan KTMT-yə müraciət etmişdi”
    Şimşək çaxacaq, yağış yağacaq
    Azərbaycanda 68 balla universitetə qəbul olmaq mümkün imiş - FOTO
    Ceyhun Bayramov gürcü həmkarı ilə görüşündən yazdı
    Jurnalist Həbib Müntəzir Əli Həsənova müraciət etdi: Villanın yerini tapdım. Qaytar dövlətə!
    Elnarə Abdullayeva tanınmış modelyerə 40 min
    Kəlbəcərdə şəhid olan Həsənin qızı tələbə adını qazandı- FOTO
    Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər
    Nazir Ağayevi
    İlham Əliyev Dövlət Agentliyinə 12,5 milyon manat ayırdı - SƏRƏNCAM
    Koronavirusun yox olacağı vaxt açıqlandı
    İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
    Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin gözü önündə... -BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
    Xərçəngdən əziyyət çəkən Xalq artisti etiraf etdi – “Əməliyyat olundum”
    Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır
    Bakıda kütləvi dava - Yaralılar var
    Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başladı
    Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO
    Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
    Məktəblərlə bağlı önəmli AÇIQLAMA
    Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO
    DİQQƏT! Qız profili ilə sizə yazan olarsa... - Ermənilərin yeni təxribatı - VİDEO
    Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı
Təsisçi və baş redaktor: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir